2 yaşlı uşağı öldürən azərbaycanlı qız haqqında şok məlumat: əri ona erməni qızla xəyanət edib

Hazırda oxunan: 2 yaşlı uşağı öldürən azərbaycanlı qız haqqında şok məlumat: əri ona erməni qızla xəyanət edib

150385
Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın barəsində yeni məlumatlar ortaya çıxıb.xa0
xa0
24 yaşlı Gülxar Şirəliyevanın yaxınlarının verdiyi məlumata görə, ailəsi 2009-cu ildə 17 yaşlı Gülxarı Sahib adlı şəxsə ərə verib. Gülxarın Azərbaycanda hətta qız toyu da olub. Sahib nikah düşmədiyi üçün qızı Rusiyaya aparacağını və orada evlənəcəyini bildirib. Ailəsindən razılıq alan Sahib Gülxarı özü ilə qonşu ölkəyə aparıb. Elə Gülxarın çətin günləri də elə həmin tarixdən başlayıb.
xa0
15 günün gəlini olan Gülxar Sahibin başqa bir qadınla rəsmi nikahda olduğunu öyrənib və aldadıldığını anlayıb. Azərbaycana qayıtmaq istəyən qıza Sahib imkan verməyib. Əri hər gün onu döyməyə, söyməyə başlayıb. Taleyi ilə barışan gənc qız Rusiyada yaşamağa məcbur olub. Sahibə 2 oğul övladı bəxş edən Gülxar, buna baxmayaraq həmişə əri tərəfindən zorakılıq görüb. xa0 xa0 xa0 xa0 xa0
xa0
Bir müddət öncə Sahibin erməni əsilli bir qadınla münasibətdə olduğunu öyrənən Gülxar bunu qəbul edə bilməyib. Döyülməkdən psixologiyası pozulan qız Sahibdən qisas almaq qərarına gəlib. Əri ilə erməni əsilli qadının istirahətə yollandığını öyrənən Gülxar hərəkətə keçib. Qadının evindən 2 yaşlı qızını oğurlayan Gülxar onu qətlə yetirib.xa0

Qeyd edək ki, istintaqın versiyasına görə də G. Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb.(BAKU.WS)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin