Ruslardan Lənkəranski filmi: “Bir nömrəli oğru...”x9d - Video

Hazırda oxunan: Ruslardan Lənkəranski filmi: “Bir nömrəli oğru...”x9d - Video

148921
Rövşən Lənkəranskinin ölümündən sonra onun haqqında çəkilən sənədli filmlər yenidən sosial şəbəkələrdə populyarlıq qazanmağa başlayıb.

Görüntülərdən biri də Rusiya televiziyalarından birinin Lənkəranski haqqında çəkdiyi sənədli film olub. Filmi hazırlayan şəxslər onunla bağlı bir sıra ekspertlərə müraciət ediblər. Hətta bu filmdə o, azərbaycanlılar arasında 1 nömrəli avtoritet də adlandırılıb. Müəlliflər Lənkəranskinin təkcə azərbaycanlılar arasında yox, həm də digər ölkələrdəki kriminal aləmlərdə çox məşhur olduğunu bildiriblər:

“Lənkəranski 2006-cı ildə Rusiyadakı azərbaycanlılardan ibarət cinayətkar qrupu öz tabeliyi altına alır. Lakin o, yaşlı nəslin tələb etdiyi oğru ənənələrinə əməl etmək istəmirdi”x9d.

Müəlliflər həmçinin Lənkəranskini qanuni oğruları satmaqda ittiham ediblər. İddiaya görə, guya o, Moskvada keçirilən “sxodka”x9dlardan birinin yerini hüquq mühafizə orqanlarına sızdırmaqla bütün rəqiblərindən azad olub. Müəlliflər məhz bundan sonra Lənkəranski ilə o zamankı lider Ded Xasan arasında münasibətlərin kəskinləşdiyini və Lənkəranskinin Usoyana qarşı olan digər qanuni oğrularla birləşməyə məcbur olduğunu bildiriblər.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin