Təhlükəsizlik kəmərindən istifadə etməyən DYP əməkdaşları cərimələnə bilərmi?

Hazırda oxunan: Təhlükəsizlik kəmərindən istifadə etməyən DYP əməkdaşları cərimələnə bilərmi?

146586

Azərbaycanda DYP əməkdaşları tərəfindən cərimələnən sürücülər arasında təhükəsizlik kəmərindən istifadə etmədiyinə görə cəzalandırılanların çoxluq təşkil etdiyi kimsəyə sirr deyil. Maraqlıdır, bəs təhlükəsizlik kəmərindən istifadə etməyən DYP əməkdaşları necə, buna görə cərimələnə bilərmi? DYP əməkdaşının nəqliyyat vasitəsini idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməməsi məsuliyyət doğururmu?

Bununla bağlı Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev DYP əməkdaşlarının yaşayış məntəqələrində təhlükəsizlik kəmərindən istifadə etməmək ixtiyarına sahib olduğunu vurğulayıb:

Yol patrul xidməti əməkdaşları xidmətdə olarkən onların yaşayış məntəqələrində təhlükəsizlik kəmərini bağlamamslna icazə verilir. Bu, təkcə yol patrul xidmətinin inspektorlarına şamil edilmir. Bu, bütövlükdə bütün operativ nəqliyyat vasitələrinin sürücülərinə şamil edilir”x9d.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin