“Avropa İttifaqının Türkiyə ilə bağlı açıqlaması inandırıcı görünür, amma...”x9d

Hazırda oxunan: “Avropa İttifaqının Türkiyə ilə bağlı açıqlaması inandırıcı görünür, amma...”x9d

144885

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı maraqlı açıqlama verib. Aİ rəsmisi kütləvi həsb dalğasına münasibət bildirərək qeyd edib ki, əslində həbs edilənlərin siyahısı əvvəlcədən hazırlanıb və çevriliş cəhdi onların həbsi üçün fürsət olub.

Maraqlıdır, Aİ-nin bu açıqlaması Türkiyədəki hərbi çevriliş olaylarının əsl mahiyyətinin beynəlxalq səviyyədə ifşası hesab edilə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Türkiyədəki olayları hər kəsin öz maraqlarından şərh etdiyini vurğulayıb:

“Təbii ki, hər hansı məsələyə hər kəsin öz baxışı var. Hər kəs buna öz baxış bucağından yanaşır. Aİ də olayları öz müstəvisindən dəyərləndirir. Türkiyə və Aİ dövlətəri arasında əməkdaşlıq mövcud olsa da, onlar arasında fərqli, ziddiyyətli məqamlar da az deyil. Şəxəsn mən Aİ-nin açıqlamasında yer alan fikirləri daha inandırıcı hesab etsəm də, bu gün Türkiyədəki olaylarla bağlı vəziyyət kifayət qədər mürəkkəb və qaranlıqdır. Hesab edirəm ki, bəlli bir zamandan sonra baş verənlərin əsl mahiyyəti daha aydın şəkildə özünü gösərəcək”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin