Elmar Hüseynovun qətli haqqında yeni film

Hazırda oxunan: Elmar Hüseynovun qətli haqqında yeni film

143780
Avropadan yayımlanan “Azərbaycan saatı”x9d proqramı “Monitor”x9d jurnalının baş redaktoru Elmar Hüseynov haqqında “Sözün qətli”x9d sənədli filmini çəkib. 

Film qətlin 11 illiyinə həsr olunub və tamaşaçılara jurnalistin ad günündə, iyulun 17-də təqdim ediləcək. 

Elmar Hüseynov 1976-cı ilin iyulun 17-də Bakıda anadan olub. Jurnalist fəaliyyətinə 1995-ci ildə “Zerkalo”x9d qəzetində başlayıb. 1996-cı ildə “Monitor”x9d jurnalını təsis edib, jurnal tənqidyönümlülüyü ilə seçilirdi. 

“Monitor”x9d jurnalının son sayı 2005-ci ilin fevralın 19-da işıq üzü görüb. 2005-ci ilin martın 2-də isə Elmar Hüseynov yaşadığı binanın girişində qətlə yetirilib. Elmar Hüseynovun özündən sonra həyat yoldaşı Ruşanə və oğlu Aslan qalıb. E.Hüseynovun oğlu qətl baş verən zaman 1 yaş dörd aylıq idi. (haqqin.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin