“Türkiyənin üzrxahlığı onun nüfuzuna mənfi təsir etməyəcək”x9d

Hazırda oxunan: “Türkiyənin üzrxahlığı onun nüfuzuna mənfi təsir etməyəcək”x9d

142509

Məlum olduğu kimi, Türkiyə bir neçə ay bundan öncə türk hava səmasında vurulan Rusiya təyyarəsinə görə öz təəssüfünü və üzrxahlığını bildirib, təzminat ödəməyə hazır olduğunu vurğulayıb.

Maraqlıdır, Türkiyənin bu addımı onun beynəlxalq aləmdəki nüfuzuna mənfi təsir göstərə bilərmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Türkiyənin bu addımının onun nüfuzuna əsla mənfi təsir göstərməyəcəyini söyləyib:

“Bu məsələdə öncə dəqiqləşdirmə aparmaq lazımdır. Məsələ bundadır ki, Türkiyə Rusiya dövlətindən deyil, həlak olan rus pilotun ailəsindən üzr istəyib. Bir ailədən üzr istəməklə bir dövlətdən üzr istəmək arasında çox böyük fərq var. Bu, Türkiyənin beynəlxalq aləmdəki nüfuzuna mənfi mənada hər hansı təsir göstərməyəcək. Əksinə, hesab edirəm ki, Türkiyə tərəfinin bu addımı iki dövlət arasındakı münasibətlərin normallaşması baxımından faydalı olacaq”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin