İşçiləri Rəşad Məmmədovu müsbət xarakterizə etdi - məhkəmə prosesi

Hazırda oxunan: İşçiləri Rəşad Məmmədovu müsbət xarakterizə etdi - məhkəmə prosesi

141243
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə ittiham olunan iki nəfərin - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Koordinat.az-ın məlumatına görə, prosesdə Rəşad Məmmədov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsini rəisi vəzifəsində çalışarkən bu qurumda işləmiş əməkdaşlar şahid qismində sərbəst ifadə veriblər. Onların bəziləri ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib, bəziləri isə keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırıldıqları üçün psixoliji narahatlıq keçirdiklərindən həmin ifadələrdə yanlışlığa yol verdiklərini bildiriblər.

Daha sonra şahidlər prokurorun və prosesin digər iştirakçılarının suallarını cavablandırıblar. Kompleksin əməkdaşları sərbəst ifadələrində və suallara cavablarında Rəşad Məmmədovu həm insani keyfiyyətlərinə görə, həm də direktor kimi müsbət xarakterizə ediblər.xa0

Prosesdə Rəşad Məmmədovun və İsfəndiyar İsfəndiyarovun vəkilləri təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıblar. Məhkəmə heyəti vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesinin iyunun 20-də davam etdiriləcəyi elan olunub.

Xatırladaq ki, məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir, dövlət ittihamçısı Ramazan Hadıyevdir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin