Eldar Mahmudov “vurulduqdan”x9d sonra məhv edilmiş bir “QAZEL”x9d sənəddə nələr olub?

Hazırda oxunan: Eldar Mahmudov “vurulduqdan”x9d sonra məhv edilmiş bir “QAZEL”x9d sənəddə nələr olub?

139584
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki məlum cinayətkar şəbəkə ilə bağlı yeni faktlar ortalığa çıxmaqda davam edir. Eldar Mahmudovun nazir olduğu 11 il ərzində nazirlikdə yaratdığı cinayətkar qruplaşmanın iş adamları ilə yanaşı hakimiyyətdə təmsil olunan ayrı-ayrı adamları da şantaj yolu ilə haqqa otuzdurması faktları durmadan artır.
Eldar Mahmudovun “vurulmasından”x9d 1 gün sonra  nazirlikdə bir “QAZEL”x9d sənəd  məhv edilib. Həmin sənədlər konkret olaraq, nazirliyin Anti-Terror Mərkəzində otaqların birində qoyulan xüsusi aparatla kiçik hissələrə bölünərək, sıradan çıxarılıb. Bu sənədlərin məhv edilməsi isə Eldar Mahmudovun və onun dəstəsinin törətdiyi bir sıra cinayətlərin ortalığa çıxmasının qarşını almaq məqsədi güdüb və qismən də buna nail olunub. Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə,  Eldar Mahmudovun işdən çıxarılmasından bir gün sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-ə daxil olub. Ancaq onların gecikməsi Anti Terror Mərkəzinin rəisi Elchin Quliyev və onun müavini İlqar Əliyevə imkan verib ki, hakimiyyətdə olan ayrı-ayrı yüksək vəzifəli məmurlar, habelə, onların övladları  ilə bağlı  sensasion kompramatları yox etsin. Anti-Terror Mərkəzinə daxil olan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları  otağın yarısına qədər sıradan çıxarılmış sənəd görüb. Məhz elə həmin günü ATM-in rəis müavini İlqar Əliyevin həbsinə qərar verilib. Həmin materiallar o qədər çox olub ki, hətta onu MTN-dən çıxarmaq üçün “QAZEL”x9d gətirilib.
elch-mtn
Həmçinin, ATM rəhbərliyinin məhv etdiyi materiallar arasında disklər də olub. Mənbəmizin sözlərinə görə, həmin disklərdə bir sıra vəzifəli şəxslərin və onların övladlarının intim görüntüləri olub.
Bu disklər arasında ölkənin iri şəhərlərindən birinin icra hakimiyyətinin başçısının da intim görüntüləri varmış.
Mənbəmiz onu da bildirir ki, Eldar Mahmudovun rəqibinə çevrilən bir sıra yüksək vəzifəli adamlar istintaqın əli ilə Elçin Quliyevdən həmin materiallar barəsində öyrənmək istəyir. Ancaq Elçin Quliyev isə danışmaqdan imtina edir. Xatırladaq ki, hələ bir neçə gün əvvəl Elçin Quliyevin istintaqı özünü asacağı hədəsi ilə şantaj etdiyini yazmışdıq. Ancaq həbsdəki generalın nə zamana qədər susacağı isə  bəlli deyil.(Gununsesi.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin