KXCP-nin Almaniya Bundestaqının sözdə erməni soyqırımı qərarı ilə bağlı bəyanat yayıb. Moderator.az-a daxil olan bəyanatda deyilir:
“Almaniya Bundestaqının sözdə erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərarını pisləyərək bu qərarın heç bir fakta, hüquqa əsaslanmadığını və siyasi riyakarlıq olduğunu qeyd edir;
Bu qərarın beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərarası münasibətlərə və bütövlükdə haqq-ədalət anlayışına zidd olduğunu vurğulayır;
Almaniya Bundestaqına Birinci dünya savaşında müttəfiqi olaraq iştirak etmiş olduğu dövlətə qarşı atılmış bu beynəlxalq böhtanı “anlamaq”x9d üçün 100 il gözləmək lazım olduğunu xatırladır;
Almaniya Bundestaqının bu qərarını İkinci dünya savaşında milyonlarla insanları, bütövlükdə millətləri yer üzündən silmək üçün yüksək yaradıcılıqla təşkil etdikləri toplama kampları, qaz kameraları, bəşər tarixinə qara ləkə kimi düşən çeşidli edamlar və kütləvi qırğınlarla insanlığa qarşı işlətdikləri cinayətlərin müəlliflərinə partnyor axtarmaq cəhdi kimi qiymətləndirir;
KXCP təəssüflə qeyd edir ki, Almaniya bu qərarla Nürinberq məhkəməsinin hüquqi sonuclarını yaşayan bir dövlət olaraq hələ də Avropa İnsan Haqları Məhkəməsinin sözdə erməni soyqırımı ilə bağlı İsveçrə hökümətini diz çökdürən qərarından nəticə çıxarmaq imkanına malik olmadığını göstərdi”x9d.
xa0
Seymur Əliyev
xa0





























































































