"Bu qədər güclüsünüzsə xalqın cibindən oğurluq edənlərdən yazın"

Hazırda oxunan: "Bu qədər güclüsünüzsə xalqın cibindən oğurluq edənlərdən yazın"

139398
“Bədbəxtçiliyin həddi yox, hüdudu yox. Ölkəni talayan məmurlardan yazmağa qorxan media 10 yaşlı uşaqdan qorxmaz. Nə də olsa, o uşaq adamsızdı, kimsəsizdi, kasıbdı. Sanki bu usaq Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən məmurdur. Qoluna qandal vurmağı qəhrəmanlıq biliblər”x9d. 

Moderator.az xəbər verir ki, bunu tanınmış jurnalist Qənirə Ataşova bildirib. 

Q.Ataşova daha sonra həmin şəxslərə müraciət edib: 

“Özünə juranlist deyənlər, bu qədər güclüsüzsə xalqın cibindən oğurluq edənlərdən yazın. 25 illik nazirlərdən yazın. Yoxsa qorxursuz?! Onların adamları gəlib sizi qorxudar. Tapşırıqla işə girən qohumlarınızı işdən çıxararlar.Yoxsa sizə rüşvət verib xəbəri çıxartdırarlar? Siz Səfillərin birinci hissəsini oxumamısız? Deyəsən, bu əsər barədə elə orta məktəbdən Kozzetda qədər xəbərdarsız. Jan Valjanın bacısının ac qalan usağı üçün oğurladığı cörəyə görə düşdüyü katorqada dəyişən həyatından xəbərsizsiniz? Rica edirəm, bir də oxuyun və Azərbaycanı neçənci əsrə qaytardığınızı görün. Görün nə qədər yazıqsınız. Gücünüz yalnız qadına və uşağa çatar. 


Rüşvət mövzusu gələndə isə zəhmətimizi çəkən həkim və müəllimi ittiham edirsiz. Siz nədən yazırsız? Hansı qlobal məsələni araşdırmısız? Nə qədər müğənnidən, artistdən, bir az pulu olanın "qlamur" həyatından yazmaqla oxucu toplamaq olar? Əxlaqsız reklam ucun pul verir, onu əxlaq ölcüsu kimi cəmiyyətə sırımaga calışırsız. Bəs, bu milləti kim yetişdirəcək? Sizin balalarınız, nəvələriniz, nəticələriniz hansı cəmiyyətdə yaşayacaq? İnanın, bir gün etdiyiniz bu pisliklər birər-birər qarşınıza çıxacaq. Heçmi ürəyiniz ağırımadı o şəkili yayımlayanda? Heçmi vicdanınız sızıldamadı o uşağın qoluna qandal vuranda? Nə qədər Allahsız, nə qədər imansız olmaq olar? Osmanlı Paşası olan Ziya Paşanın sözü lap yerinə düşür: " Diyarı küfrü gəzdim əxlaq gördüm, diyari islamı gəzdim küfrü gördüm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin