Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdi...

Hazırda oxunan: Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdi...

139144
Daxili işlər orqanlarında yeni təyinat olub. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Qusar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni təyinat xəbərini təsdiqləyiblər.

Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb.

Onu da qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.(musavat.com)

xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin