“Vardanyan hal-hazırda anası ilə birlikdə Bakıdadır”x9d - Səfirlik

Hazırda oxunan: “Vardanyan hal-hazırda anası ilə birlikdə Bakıdadır”x9d - Səfirlik

138899
Bakı hava limanında şəxsiyyətin müəyyənləşdirilməsi üçün dayandırılmış, Azərbaycana anası ilə gələn Rusiyanın səkkizyaşlı vətəndaşı Luka Rubenoviç Vardanyan hal-hazırda anası ilə birlikdə Bakıdadır.

Moderator.az xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Beləliklə erməni KİV-inin erməni uşağına Azərbaycana girişi qadağan edilməsi haqqında informasiya təkzib edilib.

Səfirlik Bakıya Rusiyadan gəlmiş erməni uşağı ilə bağlı hadisəni belə şərh edib:

“Mayın 29-da Rusiya səfirliyinə saat 13:00-da Bakıya gəlmiş Rusiyanın səkkizyaşlı vətəndaşı Luka Rubenoviç Vardanyanın Bakı beynəlxalq hava limanında pasport nəzarətinin keçməsi zamanı Azərbaycana buraxılışı ilə bağlı çətinlikləri yaranması barədə zəng daxil olub. Səfirliyin əməkdaşı dərhal hava limanına gəlib. Yerli hakimiyyət nümayəndələri ilə razılaşmadan sonra oğlana ölkəyə giriş icazə verilib. Hal-hazırda o anası ilə birlikdə Bakıdadır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin