“Bu günün ən yüksək səviyyədə qeyd edilməsi AXC-nin doğal haqqıdır”x9d

Hazırda oxunan: “Bu günün ən yüksək səviyyədə qeyd edilməsi AXC-nin doğal haqqıdır”x9d

138630

Bu il Cümhuriyyət Gününə rəsmi səviyyədə diqqət yetirilməsi sadə vətəndaşlardan tutmuş ictimai-siyasi xadimlərə qədər hər kəs tərəfindən təqdirlə qarşılanıb.

Müxalif siyasilər əvvəlki illərdən fərqli olaraq bu il Cümhuriyyət Gününə rəsmi diqqətin artırılmasını bir sıra amillərlə izah edir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bunu haqqın-ədalətin qələbəsi kimi dəyərləndirib:

“Bu böyük günə rəsmi səviyyədə diqqətin artmasının bir neçə səbəbi var. Ən birinci səbəb odur ki, haqq-ədalət qalib gəlir. Hər şeyi ağıl, kamal idarə etməlidir, hirs, hikkə yox. Ikincisi, aprel döyüşlərinin təsiri hələ ötüşməyib. Hakimiyyətin xeyli boşluqları var. Bu boşluqlardan biri ondan ibarətdir ki, hakimiyyət təmsilçiləri, hakimiyyət yanlıları, hətta bəzi millət vəkilləri öz danışıqlarını bilmirlər. Bu boşluqları doldurmaq üçün də bu addımlar atılır. Lakin bu bir həqiqətdir ki, bu günün ən yüksək səviyyədə qeyd edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin doğal haqqıdır. İndikilərin isə vəzifə borcudur. Bir ay, 40 gün bundan öncə bayrağa hörmət ifadə edənlər, onu şəhid cənazələrinin üstünə örtənlər bu gün bayrağın yarandığı günü gec də olsa qeyd etməlidirlər. Ancaq hələ də Cümhuriyyət Günü layiq olduğu səviyyədə qeyd olunmur. Bu gün hələ ki, hakimiyyətin istəyi səviyyəsində qeyd olunur”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin