Avroviziya-2016 mahnı müsabiqəsinin qalibi olan Ukrayna təmsilçisi Camalənin səhnə geyimi xüsusi diqqətlə qarşılanıb.
Camalənin Krım tatarlarının milli geyimi kimi Avropanın marağına səbəb olmuş paltarı Stokholmda İsveç qrupu ABBA-nın muzeyinə qoyulacaq.
Qeyd edək ki, bu mahnı müsabiqəsində ifaçılar təkcə mahnılarına görə deyil, həm də səhnə performansı və geyiminə görə də dəyərləndirilir.
Bu il Azərbaycanı sözügedən müsabiqədə təmsil edən və 17-ci yeri tutan (Azərbaycanın Avroviziya müsabiqəsi tarixində ən aşağı göstəricisi) Səmra Rəhimlinin geyimi isə zərifliyi və estetik cəhəti ilə diqqət çəksə də, aşırı dekoltesinə görə sosial şəbəkələrdə ciddi şəkildə tənqid olunub.
Müsabiqədə yalnız mahnının deyil, eləcə də geyim tərzi, performans və Avropa dəyərlərinin böyük rol oynadığını iddia edən kəsləri məhz Camalənin qapalı və xoşagələn milli çalarlı mavi libasının muzeyə qoyulması heyrətləndirib.(Axar.az )
Müqayisə üçün sözügedən geyimləri əks etdirən fotoları təqdim edirik:







































































































