Həsən Turabov Vaqif Mustafayevə təklif etdi ki, kresloya tullansın... - MARAQLI

Hazırda oxunan: Həsən Turabov Vaqif Mustafayevə təklif etdi ki, kresloya tullansın... - MARAQLI

136627


Vaqif Mustafayevin 1988-ci ildə lentə aldığı “Yaramaz”x9d filmi Azərbaycan kino tarixində uğur qazanan ekran əsərlərindən biri oldu. 

Gürcü aktyoru Mamuka Kikaleyşvilinin canlandırdığı baş qəhrəman Hətəmi həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri “işgüzar”x9d adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, “ağıllanmağı”x9d qərara alır. Çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda “işgüzar”x9d adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə... Hətəm “dünyanın sahibi”x9d olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.
Tragikomediyaya yaxın olan kinoda yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyünün səbəbləri tədqiq olunur.


“Yaramaz”x9dın ümumi ruhu haqqında tanışlıqdan sonra Moderator.az həmin filmlə bağlı iki maraqı detalı təqdim edir:

Birinci ondan başlayaq ki, rejissor Vaqif Mustafayev filmdə əsas rollardan birini ifa edən Həsənağa Turabovdan kabinetə girib bir metrlikdən kresloya tullanmağı tapşırır. Filmə baxanlar yəqin ki, o səhnənəi yaxşı xatırlayır: Turabov kabinetə girir və bir metr məsafədə olan  kreslosuna tullanır. 1988-ci ildə artıq bir az yaşlaşmış Turabov kresloya tullanmaqdan boyun qaçırır. Çünki rejissordan xəbərsiz özü həmin kresloya bir neçə dəfə tullanmağa cəhd etmişdi. Amma alınmamışdı. Epizodun çəkilmə vaxtı gələndə isə Turabov rejissora etiraz edir. Deyir, olmaz ki, elə kabinetə keçim, adi qaydada gəlim kresloya oturum? Rejissor deyir ki, olmaz. Çox mübahisədən sonra H.Turabov özündən xeyli gənc olan Vaqif Mustafayevə deyir ki, əgər belə asandırsa bir özün də cəhd et. V. Mustafayev razılaşır. Kresloya bir neçə dəfə tullansa da bu onda alınmır. O zaman aktyor deyir ki, deməli, mümkün deyil.  Bundan sonra isə çəkiliş meydançasına xüsusi tranpilin gətirirlər. Aktyor o tranpilinin üstündən kresloya atlanır.
Başqa bir maraqlı məqam isə filmin rejissor tərəfindən qayçılanan hissəsindədir. Həmin epizod sonradan filmdən çıxarıldı. Milli qəhrəman Çingiz Mustafayevin də yer aldığı bu epizod da “Yaramaz”x9dın maraqlı hissəsidir.Həmin epizodda baş qəhrəman  Hatəm bir xanımla yanaşı addımlayaraq metroya daxil olur. Qadının ona əhəmiyyət verməyərək Çingiz Mustafayevin və başqa bir adamın dayandığı yerə gedərək siqaretini yandırmaq üçün alışqan istəməsi Hatəmin xoşuna gəlmir. Bu səbəbdən də Çingizin adsız qəhrəmanının əlindən alışqanı vuraraq yerə salır. Bu zaman gənclər qruplaşaraq  Hatəmi əzişdirirlər. Çingiz Mustafayevin yaxşı adam döymək məharəti bu epizodda öz əksini tapır. Qadının sonradan “uşaqlar dağılışın ”x9d  deməsindən sonra gənclər metronu tərk edir... 


Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin