Fransanın paytaxtı Parisin Şarl-de-Qoll hava limanında "Air France" şirkətinə məxsus "Airbus A320" təyyarəsi ilə "Boeing 777" təyarəsi toqquşub. xa0Hadisə nəticəsində xəsarət alan olmasa da hava limanı müvəqqəti olaraq fəaliyyətin dayandırıb. Bildirilir ki, A320 Tunisə uçmağa hazırlaşıb. "Boeing 777" isə Dakaradan gəlib və enişə hazırlaşıb.
Təyyarə qəzalarının monitorinqini aparan tədqiqatçı Paşa Yaqub xəbəri moderator.az saytına şərh edərkən, qəzanın sirlərini belə şərh etmişdir:
-Əvvəllər baş verən təyyarə qəzalarını şərh edərkən bildirmişdim ki, bu cür qəzalar biri-biri ilə zəncirvari bağlıdır xa0(bax: //www.moderator.az/news/135016.html xa0)
Xatırladım ki, 25 mart 2014-cü il tarixdə Azərbaycana məxsus “Boeinq 757”x9d təyyarəsi İstanbulda enərkən yanğın baş vermişdi. Bu gün həmin hadisənin 777-ci (!) günüdür ki, bu da toqquşan təyyarələrdən birinin üzərində həkk olunmuşdur: “Boeinq 777”x9d (!)
xa0"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94.xa0
Əvvəlki şərhlərimdə bildirmişdim ki, bu cür qəzalar bir qayda olaraq 114 və 286 ədədləri ilə astronomik hadisələrə bağlanır ki, bunlardan birincisi “Quran”x9dın xa0surələrinin, ikincisi isə, səhifələrinin sayıdır. Maraqlıdır ki, Fransada baş verən təyyarə toqquşmaları 28 sentyabr 2015-ci ildə baş verən Ay tutulmasının (astronomik xəbərdarlığın) 228-ci günüdür ki, bundan “Quran”x9dın surələrinin sayını (114) çıxdıqda, yenə də müqəddəs kitabın rəmzi olan 114 ədədi alınır və diqqətimizi yenə də “Quran”x9da yönəldir.
"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22xa0
xa0
Bugünkü təyyarə toqquşmasında diqqət çəkən məqamlardan biri də “Quran”x9dın səhifələrinin sayı olan 286 ədədi ilə digər analoji qəzalara bağlanmasıdır. Xatırladım xa0ki, 5 yanvar 2014-cü il tarixdə Mədinə şəhərində “Boeinq 767”x9d, Bakı şəhərində isə, “A-380”x9d təyyarələri qəza enişi etmişlər. Bu gün bu qəzaların 858-ci günüdür ki, bu da 286 ədədinin üç mislidir:
858 ”“ 286 ”“ 286 = 286
Maraqlıdır ki, astronomik hadisələrin monitorinqi də onların 858 gündən bir təkrarlandığını göstərir (bax aşağıdakı linkə: xa0//www.moderator.az/news/127715.htmlxa0)xa0
Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, zülm etməkdə və günah törətməkdə həddin aşmış xa0Yer əhlinin diqqətini Qurana yönəltmək, zülümdən çəkindirmək məqsədi daşıyır.xa0
Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. xa0Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə, zülm etməkdən çəkinməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür.
“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.
xa0Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!”x9d Quran, “İnək”x9d surəsi, 151, 152-ci ayələr.




























































































