Londonun yeni meri Qurana and içib - Video

Hazırda oxunan: Londonun yeni meri Qurana and içib - Video

135856
Londonun yeni meri Sadiq Xan sədaqət andı içib.

Moderator.az xəbər verir ki, Britaniya tarixində ilk dəfə olaraq mer müsəlman olduğu üçün andiçmə mərasimində əlini İncilə deyil, Qurana basıb. 

Sadiq Xan şəhər əhalisinə yaxşı başçı olacağını vəd edib. O bundan sonra da şəhərin çiçəklənməsi üçün əlindən gələni edəcəyini və ekstremizmə qarşı qəti mübarizə aparacağını bildirib.

Xatırladaq ki, leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan seçkilərdə seçicilərin 44%-nin səsini qazanıb. Onun əsas rəqibi Zak Qoldsmit isə 35% səs toplamışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin