“Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərməlidir”x9d

Hazırda oxunan: “Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərməlidir”x9d

135430

“Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin və bu yolla qeydiyyat üçün əlavə çətinliklər aradan qalxsın”x9d.

Moderator.az xəbər verir ki, bu fikri millət vəkili Əflatun Amaşov Miqrasiya Məcəlləsinə edilən dəyişiklər zamanı səsləndirib. Ə. Amaşov hesab edir ki, dəyişikliklər ölkədə iqtisadiyyatın, sanayenin inkişafı istiqamətində həyata keçirilən ümumi tədbirlərə dəstək baxımından əhəmiyyətlidir.

xa0“Yeniliklər bir növ, tamamlayıcı funksiya daşıyır. Çünki sənayenin inkişafında stimullaşdırıcı tədbirlər olmalıdır. Miqrasiya Məcəlləsinə dəyişikliklər səmərəli insan resurslarının, əcnəbi mütəxəssislərin ölkəmizə cəlb edilməsi prosesini asanlaşdırmağı rəhbər tutur. Bu isə son dərəcə zəruridir”x9d, - o qeyd edib. Millət vəkili bildirib ki, iki məqama da diqqət yetirmək istərdim:

“Mən Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Gürcüstanda tez-tez oluram. Orada müxtəlif qurumların nümayəndələrilə, sadə vətəndaşlarla görüşürəm. Son statistik göstəricilərə görə, Gürcüstanda 230 minə qədər azərbaycanlı yaşayır. Qeyri-rəsmi isə bu rəqəm təqribən 350 minə yaxındır. Azərbaycandakı Gürcüstan əsilli vətəndaşların və onlarla qohumluğu olanların sayı isə bundan iki dəfə çoxdur. Minlərlə ailə var ki, tərəflərdən biri - ya ər, yaxud arvad Gürcüstan vətəndaşıdır. Bu adamlar ən azı 3 ayda bir dəfə sərhəddi keçməlidirlər. Prosedur belədir ki, Azərbaycana gələn əcnəbilər on gün müddətində ya ASAN xidmət mərkəzlərində, ya da Miqrasiya Xidmətinin yerli şöbələrində qeydiyyata düşməlidirlər. Bəziləri qeydiyyata düşür, bəziləri düşə bilmir. Bəzən vaxt çatmır. Bəzən yaşlı adamlar olur, məsələyə həssas yanaşa bilmirlər. Ümumən müxtəlif subyektiv və obyektiv səbəblər var. Nəticədə onlar cərimələrlə üzləşirlər, Azərbaycana gəlmək hüququndan məhrum olunurlar. Buna görə də düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır. Dünyanın bir çox ölkələrində qeydiyyat işi sərhəd məntəqələrində aparılır. Təklif edirəm ki, Azərbaycanda da belə bir prosedur tətbiq edilsin. Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Beləliklə qeydiyyat üçün əlavə çətinliklər aradan qalxsın. Mən əsasən Gürcüstanın timsalında məsələyə diqqət yetirdim. Oradakı soydaşlarımızın mənafeyi baxımdan öz fikrimi bildirdim. Ancaq Gürcüstandan Azərbaycana təkcə azərbaycanlılar keçmir. Gürcülər və qeyri-millətlər də ölkəmizə gəlirlər. Ümumən başqa ölkələrdən də Azərbaycana gələnlər az deyil. Sərhəddə qeydiyyata düşmək onlar üçün də, elə bu dəyişiklikdə nəzərdə tutulan insanlar üçün də əlverişli olar.”x9d

Ə. Amaşov daha bir məqama diqqət çəkərək bildirdi ki, bu barədə Gürcüstan əsilli Azərbaycan vətəndaşları ilə söhbətim olub:

“Məsələ müəyyən dərman preparatları ilə bağlıdır. Belə olur ki, vətəndaşın istifadə etdiyi bir dərman Azərbaycanda apteklərdə təyinatsız satılır. Yəni hər kəs onu rahat əldə edə bilir. Məsələn, piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi piralgini çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir. Nəticədə vətəndaşlar çox ciddi problemlə üzləşir. Saatlarla Gürcüstanın polis idarələrində qalanlar, külli miqdarda cərimələrlə üzləşənlər var. Hətta bəzən həbs təhlükəsi də yaranır. Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan hökuməti arasında bununla əlaqədar danışıqlar getməli, müəyyən razılaşmalar əldə edilməlidir.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin