Bu gün xalq şairi Söhrab Tahir II Fəxri Xiyabanda dəfn ediləcək. 90 yaşlı şair dünən uzun sürən xəstəlikdən sonra vəfat etdi. Şairin qızı Nəsibə Taheri atasının ölümünə qısa və təsirli bir yazı yazıb.
Moderator.az saytı həmin qeydi təqdim edir:
“Öz ana dilində danışa və yaza bilmək üçün qəribliyin, həsrətin acılığını taleyihə hopduran, çöpü ikiyə bölməkdən qorxan, lakin ayaqlarını itirərək özü ikiyə bölünən ikitaylı Azərbaycanın canlı tarixi olan atam Söhrab Tahir əbədiyyətə qovuşdu”x9d.
Elmin Nuri






























































































