Akif Çovdarov Tağı Əhmədovdan 3 milyonu gizli çəkilişlərə görə alıb...

Hazırda oxunan: Akif Çovdarov Tağı Əhmədovdan 3 milyonu gizli çəkilişlərə görə alıb...

134930
Bakı Metropoliteninin eks-rəisi, YAP Yasamal təşkilatının sədri Tağı Əhmədovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarova 3 milyon manat xərac verməsi məsələsi gündəmdən düşmür.

Moderator.az musavat.com-a istinadən xəbər verir ki, bugünlərdə T.Əhmədovun odioz generala xərac ötürməsinin daha bir detalı üzə çıxıb. Belə iddialar var ki, ortada Tağı Əhmədovu 3 milyon xərac verməyə sövq edən gizli çəkilən video olub. MTN çetesinin gizli çəkilişlər “ustadı”x9d Akif Çovdarovun əlində olan bu kompromat son nəticədə T.Əhmədovun 3 milyon manatla vidalaşmasına yol açıb. İddia edilir ki, T.Əhmədovdan əvvəlcə 5 milyon tələb olunub, sonra bu məbləğ bir məmurun iştirakı ilə 3 milyona qədər endirilib.

Şantaj videosunun harada çəkilməsi ilə bağlı da maraqlı iddialar var. Akif Çovdarovun əlində kompromata çevrilən videonun Bakıdakı istirahət mərkəzlərindən birində çəkildiyi bildirilir. Yada salaq ki, “MTN işi”x9d üzrə istintaqın keçmiş nazir Eldar Mahmudovun şəbəkəsinin videoşantaj əməliyyatlarının araşdırıldığı haqda xəbərlər var. İddia ounur ki, istintaqda bəzi məmurların şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərmələri ehtimalına yol açan məlumatlar var. Akif Çovdarovdan başqa çete üzvlərindən bir neçəsinin də nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, həmin ünvanlara da gizli videokameralar yerləşdirilib. Bir müddət əvvəl bu mövzuda maraqlı xəbər yayılmışdı. Həmin xəbərdə bildirilirdi ki, Bakıda fəaliyyət göstərən elit hotellərdən bir neçəsinin - “Emerald”x9d, “Clear”x9d və “Astoria Baku”x9dnun arxasında Akif Çovdarov dayanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov isə həmin hotellərə nəzarət edib. Rəsmi olaraq bu hotellər ayrı-ayrı MMC-lərə məxsusdur. Bu hotellərin V.Zeynalova aidiyyətini dolayısı ilə təsdiqləyən məqamlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan ərazilərdə yerləşmələridir. Hotellərin icarəçilərə V.Zeynalov tərəfindən təhvil verilməsi haqda da məlumatlar vardı. Ancaq təbii ki, biz Tağı Əhmədovun məhz bu ünvanlardan birində videoşantajın qurbanı olmasını iddia etmirik...

Tağı Əhmədovu digər məmurlardan fərqləndirən cəhətlərdən biri də onun barəsində yazılanlara münasibət bildirməsidir. Maraqlıdır ki, videoşantaj məsələsində Tağı Əhmədov susqunluq nümayiş etdirməyə üstünlük verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin