"Torpaqlarımızı alacağıq, xeyri yoxdur" - Cəbhədə ən son vəziyyət

Hazırda oxunan: "Torpaqlarımızı alacağıq, xeyri yoxdur" - Cəbhədə ən son vəziyyət

133891
Ötən gecədən başlayaraq Tərtərin təmas xəttinə yaxın yerləşən kəndlərini və rayon mərkəzini atəşə tutmağa başlayıblar. İriçaplı silahlar və ağır artilleriyadan istifadə edən ermənilərin əsas hədəfi yenə də dinc sakinlər olub. Rayonun Qapanlı, Qarağacı və Yuxarı Qaradağlı, təmas xəttindən uzaqda yerləşən Azadqaraqoyunlu və Köçərli kəndlərinə mərmilər düşüb. Partlayışlar zamanı evlərə, elektrik və qaz xətlərinə ciddi ziyan dəyib.

"Çox düşübdür, biri orada yol ayrıcına düşüb, üçü də gəlib sahələrə düşüb, boş yerlərə düşüb. Kəndin başına düşüb, məktəbin bir hissəsinə düşüb", - deyə Qarağacı kənd sakini İbrahim Məmmədov bildirib.

Rayon mərkəzi də ermənilərin hədəfində olub. Atılan mərmilərdən biri Tərtər şəhəri Teymur Rəhimov küçəsindəki Adikə Mirzəyevaya məxsus fərdi evin həyətinə düşüb. Partlayış zamanı mərmi qəlpələri evin otaqlarına sancılıb.

Yaşayış məntəqələrimiz atəşə tutulsa da, sakinlərdə nikbinlik müşahidə olunub. "Ermənilər də bilsinlər ki, yəni biz heç nədən qorxmuruq. Torpaqlarımızı da alacağıq ey, xeyri yoxdur. Yəni özləri öz xoşları ilə çıxsınlar getsinlər", deyə Qarağacı kənd sakini Ramiz Məmmədov vurğulayıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin