Dördgünlük savaşda qırğın olub - Ermənilərdən etiraf

Hazırda oxunan: Dördgünlük savaşda qırğın olub - Ermənilərdən etiraf

133616
Aprelin əvvəllərində, dördgünlük savaş zamanı ermənilər dəhşətli itki verdiklərini dolayısı ilə etiraf ediblər.
xa0
Qondarma erməni soyqırımı mərasimlərində türk ad-soyadını götürən erməni əsilli Londonda yaşayan “hüquq müdafiəçisi”x9dnin sözləri ötən gün erməni saytlarını bəzəyib. Erməni əsilli, türk imzalı bu adam deyib ki, aprelin əvvəlində, dördgünlük savaşda türklər ermənilərə qarşı qırğınlar törətməyə qadir olduqlarını bir daha təsdiqləyiblər.
xa0
Xatırladaq ki, ermənilər dördgünlük savaş zamanı 93 itki verdiklərini, 101 əsgərin isə yaralandığını rəsmən açıqlayıb. Ancaq aprelin 5-dən başlayaraq, hər gün 1-2 erməni əsgərinin öldüyünü bildirməklə, əslində, itkilərini tədricən ictimaiyyətə bəyan edirlər.
xa0
Erməni mediası dördgünlük savaşda 322 əsgər itirdiklərini, 1000 nəfərə qədər isə yaralılarının olduğunu, xəstəxanaların yaralıları, morqların isə meyitləri tutmadığını açıqlamışdı. Maraqlıdır ki, bir gün sonra sözügedən materiallar erməni saytlarından götürülmüşdü.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin