Bugünlərdə Ermənistan hərbi rəhbərliyində təmsil olunan bəzi generallar mətbuata verdiyi açıqlamada Azərbaycanı radioaktiv tullantılardan hazırlanan “çirkli silah”x9dla təhdid edib. Düşmən tərəf iddia edib ki, bununla Azərbaycanı ciddi mənada radioaktiv zəhərlənmə ilə üz-üzə qoya bilərlər.
Maraqlıdır, Ermənistanın radioaktiv
tullantılardan ibarət “çirkli silah”x9da malik olması mümkündürmü? Heç bir qayda və
dəyər tanımayan Ermənistan bu silahdan istifadə edə bilərmi? Azərbaycan
radioaktiv hücumdan effektiv müdafiə qabiliyyətinə malikdirmi?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bunun reallıqdan çox sadəcə
bir şantaj olduğunu vurğuladı:
“Ermənilərin bu hədəsi
daha çox şantaja bənzəyir. Əvəllər də onalr deyirdi ki, biz ən yaxşı silahımızı
sona saxlayırıq. Lakin bu da bir faktdır ki, radioaktiv tullantılardan “çirkli
silah”x9d deyilən silah düzəltmək olur. Doğrudur, onun partlayıcı gücü yox dərəcəsində
olsa da, radioaktiv zəhərlənmə xüsusiyyətlərinə malikdir. Ermənistan prinsip
etibari ilə onlardakı AES-də istifadə edilmiş radioaktiv yanacağın
tullantılarından nələrsə bəlkə də hazırlaya bilər. Amma bu silahın istiafdə
edilməsinə beynəlxalq qadağa mövcuddur.
Ikincisi, bunu hədəfə
çatdırmaq məsələsi var. Mən inanmıram ki, Ermənistan bunun üçün gərəkli olan
döyüş başlığı düzəldə bilsin və bunu hədəfə çatdırmaq üçün lazımi raket sistemlərinə
malik olsun. Üçüncüsü, dünya birliyi bu silahdan istifadəyə görə Ermənistanı
sözün həqiqi mənasında yer üzündən silər. Ermənistan bunun hesabını kimsəyə verə
bilməz. Ciddi sanksiya və ya ola bilsin ki, hərbi müdaxilə qarşısında qalar. Ermənistanda
bu texnologiyanın necə yaradılmasını araşdıran beynəlxalq komissiyalar fəaliyyətə
başlayar. Onlar erməni siyasi hakimiyyətini tammailə iflic edər. Ermənistan
Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan qorxursa, deməli, olmayan silahın
hazırlanması və tətbiqi ilə bağlı söylədikləri də boş söz-söhbətdir. Ermənistan
belə bir addım atarsa, Azərbaycan “Metsamor”x9d AES-i partlatmaqla bütün Ermənistanı
radioaktiv zəhərlənməyə məruz qoya bilər. “Metsamor”x9d AES-i partlatmaq Azərbaycanın
əlində su içmək kimi asan məsələdir. Azərbaycanın cavabı Ermənistanın hədəsindən
qat-qat güclü ola bilər”x9d.
Seymur Əliyev



































































































