Yolüstü gəldiyim Almaniyada dostlarımdan xahiş etdim ki, məni " Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti"nin rəhbəri xanım Verena Scholian ilə görüşdürsünler. Haqqında bir neçə məqalə oxumuşdum ve öz gözlərimlə onun Qarabağ atlarına sevgisini görmək isteyirdim. Bu 70-i haqlamış qadın həyat yoldaşı ilə birlikdə Hessen əyalətinin Ginsheim qəsəbəsində yaşayır.
Qapısının üstündə ”žİG Karabagh und eurasische Pferderassen e.V“ (Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti) sözləri yazılıb. Bu xanım 1989-cu ildə Rusiyadan gətirilən "İnturist“ adında bir at alıb, sənədləri kiril əlifbasında olduğu üçün bir mütəxəssisə oxutdurub,, məlum oldu ki, "İnturist“ Qarabağ at cinsindəndir. Bu at cinsləri barədə maraqlanmağa başlayıb.xa0
Araşdırmalarımdan aydın oldu ki, yaradılması XVII-ci əsrə aid, dünyanın ən qiymətli at cinslərindən biridir. O vaxtdan etibarən Qarabağ atlarının yetişdirilib, artırılması ilə meşğul olub. 1994-cü ildən cəmiyyət fəaliyyət göstərir. Azərbaycanla ilk əlaqələri 2002-ci ildə yaranıb. Tez-tez Şekiye gelib. Qarabağ atlarının kataloqunu çap etdirib. Adam pulsuz-parasız Azerbaycanı, Qarabağı, atlarımızı, mədəniyyətimizi təbliğ edir, əvəzində isə çox maraqlı münasibətlə qarşılaşıb. Soyadı Şolian (Şoliyan yox a...) olduğuna görə hava limanında çıxışda xeylı rahatsız ediblər. Şeceresi ile tanış oldum. Bu qadının yeddi arxa dönəni temiz almandır. Hər yanda Azerbaycanı təbliğ edir, Qarabağ adını alman cəmiyyətinə isinişdirir, biz ise adamı erməni çıxarıb ölkemizdən incik salırıq.
Evində görüşdən sonra. Qarabağ atlarının saxlandığı fermaya getdik. Verena xanım bizə sarı-qızılı rəngli Sirli, Şəki və Serko adlı Qarabağ atlarını göstərdi. Kataloqunda atlarının adı Qızıl, Sultan, Sağ ol və s.dir. Hər yana da Azerbaycan bayrağını asıb. Soyad uyğunluğuna görə adamı incidənlər anlamamışlar ki, Azerbaycana, onun bayrağına bələ bir hörmət bəsləyən, Azerbaycanı təbliğ edən bir erməni görsək bu hərəkəti əlbəttə bizləri sevindirəcək. Halbuki Almaniyada özbəöz alman olan bir qadının vasitəsilə öz təbliğatımızı genişləndirməkdən imtina etməkdən başqa gördüyümüz bir iş yox...Bu da erməni axtarışı üzərinde yoğunlaşan başqa növ saxta vətənpərvərliyimizin bir faktıdır.
Bu iradlar öz yerində xa0bu gözəlliyinə doymadığım atlardan ayrılmaq olmur... Qarabağın qoxusunu aldım. Təşəkkürlər, fədakar alman qadını...
Fazil Mustafa, millət vəkili































































































