"İran camaatı oturub gözləməlidir ki, İmam Mehdi nə vaxt zühur edəcək?"

Hazırda oxunan: "İran camaatı oturub gözləməlidir ki, İmam Mehdi nə vaxt zühur edəcək?"

133166
" Həzrəti Mehdi Zühur edəndə Suriya və İraqda türklərə qarşı döyüşəcək".xa0

Moderator.az xəbər verir ki, bunuxa0xa0İranın Ali dini lideri Ayətullah Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Ayətullah Ameli Təbrizin Engeci məscidində çıxışı zamanı deyib. xa0


Bu fikirlə bağlıxa0tədqiqatçı-yazıçı, Paşa Yaqub öz münasibətini Moderator.az oxucuları ilə bölüşür.

Quranda belə bir ayə var: "Ya Peyğəmbər, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?" xa0(bax: Quran, 3:185-ci ayə; 21:8-34 ayələr; 29:57-ci ayə və s.) Yəni, sənin kimi sevimli bəndəmi öldürəndən sonra kimi sağ saxlaya bilərəm?xa0

Göydən Kiminsə gələcəyini iddia edən mollalara bu ayələri oxuyun, bəlkə başlarına nəsə girdi. Göydən xilaskar gözləyənlər (Mehdi qeybdən zühur edib gələcək deyənlər) bunun xa0analoqunu Qurandan mənə göstərsinlər, əllərindən öpərəm.
xa0Əksinə, Quran buyurur ki, göydən xilaskar gələ bilməz, xa0xilaskar hər zaman sizin öz içinizdən çıxar.xa0

“Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən kafirləri Allahın əzabı ilə qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!”x9d Quran, 35:24

Bu gün də bəşəriyyət mənəvi böhran keçirir... xa0Bu böhrandan ancaq aramızdan ən elmli və ən cəsarətli xa0bir nəfər xa0bəşəriyyəti xilas edə bilər. Kim elminə və cəsarətinə güvənirsə, dursun qabağa, xilas etsin. Onun xa0əllərini ilk olaraq özüm öpərəm və xilaskar kimi qəbul edərəm.....

xa0Onu da deyim ki, insanlar arasından həqiqətən də elə biri (xilaskar) çıxacaq. Amma iran mollası dediyi kimi, adı Mehdi olmayacaq və türklərə qarşı vuruşmayacaq. xa0Əksinə, o özü təmizqanlı türk olacaq. Farslar, ərəblər onu qəbul etməyəcəklər. Ümumiyyətlə, xa0əsrlərdir ki, xilaskar gözləyənlər həmin o xilaskarı qəbul etməyəcəklər. Çünkü xa0xilaskar xa0təriqətsiz olacaq və onu gözləyənlərə xa0deyəcək ki, siz islamı təriqətlərə böldüyünüz üçün cəhənnəmliksiniz:
xa0
“Bu (islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”x9d
“Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur)”x9d.
“Sən onları bir müddət öz şaşqınlıqları içində burax!”x9d Quran, “Mömünlər”x9d surəsi, 52, 53, 54-cü ayələr.

Ona görə də xilaskarı gözləyənlər yox, gözləməyənlər onu qəbul edəcəklər - elmli olduğuna görə.

xa0- İran mollaları deyirlər ki, İmam Meihdi zühur edəcək və biz hakimiyyəti ancaq ona təhvil verəcəyik.

-Hakimiyyəti qorumağın yeni üsuludur. Yəni, İmam Mehdi gələnəcən biz burda oturacağıq, gəlməsə getməyəcəyik... Bu cür təbliğat İslam dininə vurulan ən böyük zərbədir. İran camaatı oturub gözləməlidir ki, nə vaxt Mehdi zühur edəcək, İranda xa0hakimiyyət dəyişəcək?! Məgər onlar Quranı oxumayıblar? Orada yazılmayıbmı ki, ölən adam bir daha dirilmir?! Bunu yuxarıdakı ayələrdə göstərdim. Əksinə Quran buyurur ki, insan haqsızlığa qarşı özü mübarizə aparmalıdır, oturub kimisə gözləməməlidir. xa0


QEYD: Paşa Yaqub “Məhəbbət ili”x9d kitabında qeyd edib ki, gözlənilən xilaskar Azərbaycandan çıxacaq və ölkəmiz dünyanın mənəviyyat mərkəzinə çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin