Fransanın Azərbaycandan oğurladığı "şardone" - Azərbaycanlı alimdən iddia

Hazırda oxunan: Fransanın Azərbaycandan oğurladığı "şardone" - Azərbaycanlı alimdən iddia

133069
İllər ərzində xalq seleksiyası nəticəsində əldə olunan müxtəlif meyvə və tərəvəz sortları artıq sıradan çıxır.
xa0
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev deyib.
xa0
Alimin sözlərinə görə, bu sortların əkinin azalması bəzi hallarda məhsuldarlığın aşağı olması ilə əlaqələndirilir: “Lakin elə bölgələr var ki, həmin sortlardan başqası yaxşı məhsul vermir. Bu sortlardakı qidalılıq, xəstəliyə davamlılıq yeni gətirilən sortlardan daha çoxdur. Tarixən genefondumuz həmin qidalara uyğunlaşıb. İnsanın qida rejimini dəyişmək olmaz. 10 kq keyfiyyətsiz, qidalılığı aşağı olan meyvədənsə,2 kq yerli meyvəmizi yesək daha yaxşıdır”x9d.
xa0
Ə.Əliyev deyir ki, fermerlər daha çox məhsul almaq üçün yeni sortlara maraq göstərirlər: “Tarixən mövcud olan sortlara maraq göstərib onu əkməkdənsə, məhv edib yerində yeni sortları əkirlər. “Duşes”x9d, “Abbasbəyli”x9d, daş armud sortları var ki, onları bütün qışı saxlamaq olur və uzun müddət saxlananda keyfiyyətini itirmir. Lakin indi bu sortlara maraq azdır. Üzümlə bağlı vəziyyət isə daha pisdir. Dağlıq Şirvanda “mədrəsə”x9d sortu var ki, ondan texniki məqsədlə istifadə edilir, lakin süfrə sortu kimi də əvəzedilməzdir. Kürdəmir zonasında “Şirvanşahı”x9d sortu var idi, onun şəkərliliyi 30%-dən çox idi. Müqayisə üçün deyim ki, kişmişi üzümdə şəkərlilik 30%-dir. “Şirvanşahı”x9d sortu o qədər dadlı idi ki, hətta müharibə dövründə həmin üzümdən qənd kimi istifadə edilib. Həmin üzümdə B qrupu vitaminləri, D vitamini var idi. Bir çox şirin nar sortları uzun müddət saxlanıla bilir və qışda vitamin ehtiyacını yüksək səviyyədə ödəyirdi. İndi bu qalın və nazik qabıqlı şirin nar sortları başqa sortlarla qarışıb öz effektivliyini itirir. Vaxtı ilə bir çox yemiş xa0sortları xa0var idi ki, onlarla da çay içmək olurdu. Bu gün yayılan bir çox xəstəliklərin əsas səbəbi də məhz tarixən mövcud sortların məhv olmasıdır”x9d.
xa0
Alimin sözlərinə görə, xaricdən gətirilən sortlar belə araşdırılmır. Tarixən ölkəmizdə mövcud olmuş sortlar, xarici sort adı ilə idxal edilir: “Əvvəlki sortların əkilməməsi bir tərəfə, yeni sortlar da yaradılmır. 2003-cü ildə Fransadan Azərbaycana “şardone”x9d adlı üzüm sortu gətirdilər. Əslində onun adı “şordənə”x9d idi. Həmin sort Şərqdən Fransaya gedib, onun tərkibində turşuluq çox olduğuna görə də adı “şordənə”x9d olub. Həmin üzüm şampan və xa0konyak üçün əlverişli idi. “Şordənə Fransada “şardone”x9d oldu. Sonra da onu yeni sort kimi idxal etdik. xa0Bu proses davam edərsə, tarixən mövcud olan yerli sortlar sıradan çıxacaq”x9d.
xa0
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri xa0İmran Cümşüdov alimin firkirləri ilə tam razılaşmadı: “Nazirliyin tabeliyində tədqiqat institutları var, onlar sortların qorunması üçün ardıcıl işlər aparırlar. “Qızıləhmədi”x9d, “Cırhacır”x9d kimi alma və digər meyvə sortları qorunur. Çalışırıq ki, həm onların tingçiliyi ilə məşğul olunsun, həm də əkilsin. Lakin indi özəl təsərrüfatlar yaranıb və hansı daha çox məhsuldardırsa, onun əkini ilə məşğul olurlar. Biz nazirlik olaraq onlara hansı sortları əkmələri barədə göstəriş verə bilmərik”x9d.
xa0
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə tarixən mövcud olan yerli sortlara marağın azalmasını yanlış fikir hesab edir: “Ölkəmizdə Bağçılıq və subtripik bitkilər Elmi- Tədqiqat İnstitutu, həmçinin Əkinçilik, Üzümçülük, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutları var ki, həm seleksiya, həm də yerli genefondun qorunması ilə məşğul olur. Hər institutun özünün gen bankı var, orada aidiyyəti üzrə meyvə və tərəvəzlərin hamısı qorunub saxlanılır. Elmi tədqiqat işlərində onlardan həm calaq kimi istifadə edilir, həm də əkilir. Bu gün də qədim meyvə sortları əkilir. Bazarlarda da yerli sortlara maraq var. Fermerlərin də bu sortlara marağı var, olmadığını deyənlər səhv edir. Nazirlik olaraq biz yalnız elmi tövsiyə veririk, hansı sortu əkmələrinə müdaxilə etmirik”x9d.(Publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin