Şimali Qafqazda topçular ən yeni hərbi texnika və silahların iştirakı ilə təlimlər keçiriblər.
xa0
Publika.az xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.
xa0
Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiyanın ərazisində keçirilib.
xa0
“Təlimlərin gedişatında xüsusi diqqət “Zoopark-1”x9d ən yeni radiolokasiya kompleksləri, “Xrizantema-S”x9d özüyeriyən tank əleyhinə raket kompleksləri, "Msta-S" özüyeriyən artilleriya sistemləri, “Tornado-Q”x9d reaktiv yaylım atəş sistemləri və “Podnos”x9d minaatan sistemlərinin mənimsənilməsinə ayrılıb”x9d, - xəbərdə deyilir.
xa0
Təlimlərdə 3,5 mindən çox topçu, o cümlədən silah və hərbi texnikanın təxminən min vahidi iştirak edib.



































































































