Xocavəndə kimi irəliləmişdilər - Erməni hərbçi

Hazırda oxunan: Xocavəndə kimi irəliləmişdilər - Erməni hərbçi

131748
Aprelin 2-nə keçən gecə başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun təmas xəttinin cənub istiqamətində necə uğurlu hücum əməliyyatı keçirdiyini düşmən hərbçiləri də etiraf edib.

Bu haqda “RİA Novosti”x9d agentliyinin Cəbrayıl rayonunun işğal altında olan ərazilərindən, Ermənistan hərbi birləşmələrinin mövqelərindən hazırladığı reportajda deyilir.

Bildirilir ki, hazırda bu istiqamətdə nisbi sakitlik hökm sürür, ermənilər geri çəkiləndən sonra yeni mövqelərində möhkəmlənirlər və yeni mümkün döyüşlərə hazırlaşırlar. Rusiyalı jurnalist bir vaxtlar abad şəhər olan Cəbrayıldan indi xarabalıqların qaldığını, azərbaycanlıların evlərini tərk etməsindən sonra kəndlərin xarabalığa çevrildiyini yazır. Bildirir ki, hazırda Cəbrayılın xarabalıqları arasında erməni tankları gizlənib.

Erməni tank batalyonunun “zampolit”x9di Artak aprelin 2-nə keçən gecə döyüşlərin necə başladığını danışıb. “Bizi çox güclü işlədilər - mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər “Qrad”x9d və “Uraqan”x9d raketləri uçurdu ki, mən göyün üzünə baxıb “300 spartalı”x9d filmini xatırladım. Orada da uçan oxlardan göyün üzünü görmək olmur”x9d-erməni zabit danışır.

Artak deyir ki, güclü artilleriya hazırlığının ardınca azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində -Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi.

Reportajda deyilir ki, həmin günlərdə Azərbaycan ordusu qısa müddət ərzində hətta Xocavəndi də tutub, ancaq orada möhkəmlənə bilməyib və geri çəkilib. “Qarabağ qüvvələrinin birinci müdafiə xəttinin köməyinə tanklar-köhnə T-72 lər yetişdi. İndi vurulmuş erməni tanklarının fraqmentlərinə həm təmas xəttində, həm təmas xəttinin dərinliklərində rast gəlmək olar. Həmin döyüşdə “sağ qalan”x9d texnika isə döyüşlərin başlaması ehtimalına qarşı təmas xəttinin yaxınlığında mövqe tutub”x9d-RİA Novosti yazır.

“Azərbaycanlıların arsenalı müasirdir, onlar Rusiyadan, İsraildən, Türkiyədən, Belarusdan və Ukraynadan silahlar alırlar. Bax məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub”x9d-erməni zabit qülləsi qopub yüz metr kənara düşən T-72 tankını göstərir. O, deyir ki, raketi tanka pilotsuz təyyarə yönləndirib - koordinatlarını ötürüb və bundan sonra raketi buraxıblar.

“Azərbaycanlıların mövqeyi bizdən cəmi 400 metr məsafədədir. Hətta Azərbaycan bayrağını görmək olar”x9d-Artak deyir. “Onlar səngər qazırlar, bizi görəndə qışqırırlar: “Salam, Vazgen!”x9d. Biz də onlara əl yelləyirik. Atəşkəsdir!”x9d-erməni “zampolit”x9d əlavə edir.(virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin