ATƏT "üçlüyü" Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb

Hazırda oxunan: ATƏT "üçlüyü" Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb

131716
ATƏT "üçlüyü" çərşənbə axşamı Berlində Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib və qurumun baş katibi Lamberto Zanyer ilə birgə bəyanatında münaqişə zonasında zorakılığa son qoymağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə görüşün yekun bəyanatında bildirilir.

"Üçlüy"ə ATƏT-ə sədrlik edən ölkə, həmçinin ötən il və növbəti ilin sədr ölkələri daxildir. Hazırda ATƏT-ə Almaniya sədrlik edir, ötən il Serbiya sədr olmuşdu və 2017-ci ildə bu vəzifə Avstriyaya keçəcək. Görüşdə, həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer də iştirak edib.

"Üçlük" münaqişə tərəflərini "atəşkəs rejiminə əməl etməyə və zorakılığa son qoymağa" çağırıb və münaqişənin hərbi yolla həlli variantının olmadığını qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin