“Bütün şəhid ailələri kommunal xərclərdən azad edilməlidir”x9d

Hazırda oxunan: “Bütün şəhid ailələri kommunal xərclərdən azad edilməlidir”x9d

130715

Aprelin 2-də düşmən hücumunu dəf edən Silahlı Qüvvələrimizin həyata keçrdiyi əks-hücum nəticəsində iki kəndin və bir neçə strateji yüksəkliyin düşməndən təmizlənməsi faktını Qarabağ müharibəsi dönəmində yeni mərhələ hesab etmək olar. Hansı ki, 12 əsgərimizin şəhidliyi ilə açılan bu səhifənin işğaldakı torpaqların azadlığı uğrunda geridönməz prosesə çevriləcəyi ilə bağlı ümid və gözləntilər kifayət qədər yüksəkdir.

Maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü, işğaldakı torpaqların azadlığı uğrunda mübarizədə şəhid olan hərbçi ailələrinin kommunal xərclərdən ən azından bir neçə il müddətində  azad edilməsi mümkündürmü? Belə bir addım  şəhid ailələrinin sosial həyat şəraitini yaxşılaşdırmaq baxımından məqsədəuyğun hesab edilə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Psixoqamma”x9dnın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı yalnız 2 aprel tarixi və ondan sonrakı dövrdə şəhid olan insanların deyil, bütün şəhid ailələrinin kommunal xərclərdən azad edilməsinin vacib olduğunu qeyd etdi:

“Şəhidlərə fərq qoymaq! Necə təəssürat yaranır? Mənim qayınım Bərxudar Əmrahov 1993-cü ildə Ağdamın Papravənd kəndində gedən döyüşlərdə şəhid olub. İl yarım idi ailə qurmuşdu. Həyat yoldaşının 26 yaşı vardı. Qızı 11 aylıq idi. Xanımı ömrünü 1 övladına həsr etdi. Qızı təhsil aldı, İqtisad Universitetini bitirdi. İndi Azərbaycanda ona iş tapılmir. Özünə verilən dövlət müavinəti dayandırılıb. Yalnız anasının aldığı müavinətlə dolanırlar. İndi yeni şəhidlərimizə fərq qoyularsa, təsəvvür edin, nələr baş verər? Belə çıxır ki, onlara kimin prezidentliyi dövründə şəhid olmalarına görə fərq qoyulur. Ümumiyyətlə, bu məsələlərə dövlətin yanaşmasında o qədər boşluqlar var ki. Bir də görürsüz, əlil bir Qarabağ qazisi küçələrdə qalıb, dilənir, bir başqası başqa cür ehtiyac içindədir. Dövlət bu insanlara sahib çıxmalıdır. Axı onlar vətən torpağını qorumaq uğrunda əlil, şəhid olublar. Mürəkkkəb məsələdir.

Mənim mövqeyim belədir ki, şəhidlərə fərq qoymaq olmaz. Şəxsən mən, ailəsi şəhidlər vermiş biri kimi, bunun qəti əleyhinəyəm. Yəqin ki, hər kəs də mənim kimi düşünür. Mənim qaynımın vəfatından 24 il keçir. Onun ailəsinin problemləri qocalmır, daha da artır. Məgər onların kommunal güzəştlərə ehyiyacı yoxdurmu? Hamıdan çoxdur. Əgər bu baş verərsə, böyük narazılıqlar baş qaldırar”x9d.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin