Ermənilər Qarabağdan qaçır: “Rusiya bizi qəbul edəcək”x9d

Hazırda oxunan: Ermənilər Qarabağdan qaçır: “Rusiya bizi qəbul edəcək”x9d

130485
Cəbhə zonasında üç gün davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər.
 
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “armenianreport”x9d saytı yazıb.
 
Sayt qeyd edir ki, Xankəndində insanlar hələ də təşviş içindədir: “Evlərini tərk edənlər geri qayıtmaq istəmirlər”x9d.
 
Xankəndi sakini Artak Allahverdiyan deyir ki, o, tezliklə Rusiyaya getmək niyyətindədir.
 
“Ümidimiz Rusiyadır. İnanıram ki, oradakı qardaşlarımız bizi qəbul edəcək, tək qoymayacaq”x9d, - deyə o bildirir.
 
Xankəndində orta məktəb müəlliməsi Qayena Muradyan da artıq orada yaşamaq istəməyənlərdəndir. Onun sözlərinə görə, döyüşlər başlayandan məktəbin çox müəllimi köçüb gediblər: “Onlar yəqin ki qayıtmayacaq. Belə olanda məktəbin gələcək fəaliyyəti sual altındadır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin