“Ön cəbhədə baş verənləri böyük sevinclə qarşılayırıq, hətta danışanda ağlayırıq. Əlbəttə ki, bu sevinc göz yaşlarıdır. Dünən Qarabağ qaziləri olaraq toplanmışdıq, xəstəxanada olan bir qazimizə də baş çəkdik. Kimi görürüksə, kim zəng edirsə ilk öncə bir-birimizi təbrik edirik. Xalqımıza gözümüz aydın olsun deyirik”x9d.
Bunu Moderator.az-a açıqlamasında Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri, Qarabağ qazisi, snayper Növrəstə Yusifova deyib.
N.Yusifova qeyd edib ki, bu sevincimizi əsgərlərimizlə döyüş bölgəsində bölüşmək istəyirik: “Çox arzulayırıq ki, ön cəbhədə biz də olaq. Milli Ordumuza əlbəttə ki, şübhəmiz yoxdur. Aydın məsələdir ki, döyüş zamanı şəhidlərimiz də olmalıdır, yaralılar da olmalıdır, təki Vətən sağ olsun. Ancaq biz könüllülər o yerlərə daha yaxşı bələdik və arzu edirik ki, şəhidlik zirvəsi bizim alnımıza yazılsın. Cavanlarımız qurban getməsin. Biz iki qrup kimi adlarımızı yazaraq müraciət etmişik ki, bizi ön cəbhəyə göndərsinlər. Mən özüm snayperçi qadın kimi ali baş komandanımıza ayrıca müraciət etmişəm. Snayperçi olsam belə ordakı əsgərlərimizin ən azı gülləsini daşımağa, ayaqqabılarını yumağa belə hazıram. Qazi olsaq da əlimiz, ayağımız yer tutur və bacardığımız qədər kömək göstərməyə hazırıq, təki döyüş bölgəsində olaq. Çox arzu edirik ki, ali baş komandanımız bizə icazə versin. Xəbər gözləyirik, hansı bölgəyə olursa olsun gedək, heç olmazsa qardaşlarımızla, balalarımızla çiyin-çiyinə olaq. Öhdəmizə düşəni, əlimizdən gələni edək, kənarda qalmayaq”x9d.
Qarabağ qazisi Ali Baş Komandanın əmrini səbrsizliklə gözlədiyini vurğulayıb: “Ali baş komandanımız başda olmaqla bütün hərbçilərimizə, döyüşən balalarımıza cansağlığı arzu edirəm. İnşallah altı rayonumuz da geri qaytarılacaq. Dünən televiziya kadrlarında gördük ki, Laçın, Şuşa tamamilə boşalır. Yəqin ki, inşallah bir-birimizi o torpaqlarımızın müjdəsi ilə də təbrik edəcəyik. Son olaraq da vurğulayıram ki, qazilər olaraq ön cəbhədə olmaq istəyirik. Ümidimizi kəsmirik ki, ali baş komandanımız bizə icazə verəcək, bunu səbrsizliklə gözləyirik”x9d.
Rumiyyə
































































































