Terror aktının qurbanı olan azərbaycanlı qadının cənazəsi Vətənə gətirildi

Hazırda oxunan: Terror aktının qurbanı olan azərbaycanlı qadının cənazəsi Vətənə gətirildi

129967
Martın 30-da Somalinin paytaxtı Moqadişo şəhərində öldürülən Azərbaycan vətəndaşı, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızının cənazəsi bu gün anadan olduğu Göyçay rayonuna gətirilib.

Kəmalə İsmayılova rayonun Ləkçılpaq kəndindəki məzarlıqda torpağa tapşırılıb.
xa0
Qeyd edək ki, silahlı şəxslər içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlərin olduğu məktəbli mikroavtobusuna hücum ediblər. Nəticədə azərbaycanlı müəllim ölüb, onun iki oğlu - 12 yaşlı Nihad və 10 yaşlı Nicat yaralanıb. Bundan başqa, terror hadisəsi zamanı avtomobildə olan daha 4 nəfər də qətlə yetirilib. Xəsarət alan uşaqlar hazırda Moqadişoda türkiyəli həkimlərinin nəzarəti altında müalicə olunurlar.
xa0 xa0 xa0xa0
Uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən ailə başçısı Əflatun İsmayılov “Turkish Airlines”x9d şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Onun həyat yoldaşı Kəmalə İsmayılova isə Somalinin paytaxtında fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimə işləyib.xa0
Hadisə barədə xəbəri eşidərək koma vəziyyətinə düşən Əflatun İsmayılovun vəziyyəti normallaşıb və o, dəfn mərasimində iştirak edib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin