“Polisə Dəstək”x9d İctimai Birliyi Müdafiə Nazirliyinin xa0ölkənin ərazi bütövlüyünün bərpası istiqamətindəki uğurlu döyüş əməliyyatlarını xa0vətənə sədaqətin bariz nümunəsi kimi dəyərləndirib. Belə bir xa0bəyanat təşkilatın xa0idarə heyətinin 02 aprel 2016-cı il tarixli iclasında xa0qəbul edilib.xa0
xa0
Bəyanatda deyilir:
Avropanın nüfuzlu təşkilatları uzun illərdir Azərbaycan dövlətinə və xalqına təmkin nümayiş etdirməyi, 1994-cü ilin mart ayında Bişkek şəhərində qəbul edilən atəşkəs rejimini pozmamağı tövsiyyə edir.
Cəbhənin təmas xəttində xa0vəziyyət gərginləşən kimi ATƏT-in Minsk qrupu masa arxasında hərəkətə gəlir, əhəmiyyətsiz bəyanatlar verməklə məşğul olurlar. Beynəlxalq qurumlar son günlər Azərbaycan ordusunun keçirdikləri zəruri döyüş əməliyyat taktikalarını xa0 və hərbi texnikanın uğurlu manevrlərini görüb, xa0ermənilərin halına acıyaraq xa0təşvişə düşür, xa0tərəfləri təxirəsalınmaz danışıqlara dəvət edirlər. Belə görüşlər çox olsa da, lakin səmərəsi olmamışdır.xa0
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Vaşinqtondakı xa0IV Beynəlxalq Nüvə Təhlükəsizliyi Forumunda nüfuzlu personalarla görüşü, Ali Baş Komandan kimi işğal olunmuş ərazilərin qeyd - şərtsiz xa0boşaldılmasına xa0dair xa0BMT TŞ-nın məlum qətnamələrin xa0icrasına yönələn siyasi və diplomatik xarakterli xa0“Reseptləri”x9d ermənipərət dövlətləri və erməniləri xa0qıcıqlandırıb fəallaşdırdı. Lakin Ermənilərin fəallığı başlarında çatladı, Azərbaycan ordusunun sərt hücumuna məruz qaldılar. Hələ bu, harasıdır?...
xa0
Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması hamılıqla tanınan Beynəlxalq hüququn prinsiplərinin primatlığına əhəmiyyət verilməməsinin,TŞ-nın qətnamələrinin icra olunmamasının və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. ATƏT hərəkət və hərəkətsizliyi ilə beynəlxalq aləmdə sülhün də təminatına təhlükə yaradır.
Ali Baş Komandana, Müdafiə Nazirinə, nazirliyin generalitetinə, zabit və əsgərlərə xa0Allahdan qüvvət, cəsarət, mərdlik, dözümlülük, şücaət və qəhrəmanlıqla xa0davam edən zəfərlər arzulayırıq.
Sonda: Hər bir Azərbaycan kişisi döyüşə hazır olmağı, özünü bu konstitusion vəzifəyə mükəlləf bilməyi xa0şəxsiyyətinin şərəfi saymalıdır. Allah əsgərlərimizə xa0mərhəmət əta etsin, onları düşmən gülləsindən qorusun, şəhidlərimizi cənnət sakini qılsın, Lütfü ilə xa0xalqımıza səbr versin, düşmənlərimizə fürsət verməsin. Amin!
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Şəmsəddin Əliyev xa0xa0
Təşkilatın sədrixa0































































































