Aprelin 1-dən 2-ə keçən gecə təmas xəttində vəziyyətin nisbətən gərginləşməsi, intensiv atışma sosial şəbəkələrdə, media orqanlarında təşviş yaradıb. Dəqiqləşdirilməmiş qeyri-dəqiq və rəsmi olmayan cəbhə xəbərləri yayılmaqdadır. Bunun siyasi baxımdan olduğu kimi, psixoloji yöndən də xoşagəlməyən fəsadları var.
Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi, psixoloq Könül Cəfərova Moderator.az saytına verdiyi açıqlamada bildirib ki, bu günlərdə onsuz da həssas sinir sisteminə malik olan insanlara bu cür xəbərlərin çatdırılması mənfi hallara gətirib çıxara bilər:
“Əvvəlcə gəlin indiki cəmiyyətimizə baxaq: bu gün insanlar çox həssas dönəmdədirlər. Yəni davamlı olaraq devalvasiyanın olması, iqtisadi böhranın yaranması, intihar hallarının həddindən artıq çoxalması, boşanmalar, ailə münaqişələr və sairə insanları həssas bir şəraitlə üz-üzə qoyub. Bu şəraitdə cəbhədə də vəziyyətin gərginləşməsi, ölkədə rifahın nisbətən pozulması, atışmaların başlanması insanların onsuz da həssas olan sinir sisiteminə birmənalı təsir edə, onlarda bir çox xəstəliklərin, patoloji məqamları ortaya çıxara bilər. Bu xəstəliklər daha çox panikattack, təşviş və həyəcan pozuntusu şəklində üzə çıxa bilər. Digər tərəfdən baxanda şəxsiyyət pozuntlarına da gətirib çıxara bilər. Yəni, insanlarda adrenalin qalxır, həyəcan pozuntusu baş verir, postdramatik stress yaşanmağa başlayır. “Mən getsəm ailəm necə olar”x9d, “oğlum getsə necə olacaq”x9d kimi düşüncələr, davamlı olaraq ölüm xəbərlərinin yayılması, insanlarda gərginliyi artırır”x9d.
Psixoloqun sözlərinə görə reytinq xətrinə bu cür həssas informasiyaların yayılması əslində cəmiyyətə, insanlara dəyərsizlik kimi başa düşülə bilər. Odur ki, tam təsdiqini tapan informasiyaları ötürməklə qarşındakının gərginliyini öz gərginliyin kimi nəzərə almağı əsas metod kimi irəli sürür: “Əldə əsaslı arqumentlər olmadan, dəqiqləşdirilmədən bu cür xəbərlərin sosial şəbəkələrdə, mediada reytinq xətrinə yayılması insanların səhhətinə birmənalı təsir göstərə bilər. Biz insanlarla işləyirik deyə bunun çox şahidi oluruq. Bugünkü insan beş il bundan qabaqkı insan deyil. Bu gün insanlarda gərginlik, daxili narahatlıq o qədər çoxalıb ki, məcburən bu kimi bu məsələlərə həssas yanaşmaq lazımdır. Hər bir insanın ailəsi, onu sevənlər var. Dəqiqləşdirilməmiş informasiyalar verəndə onları düşünmək lazımdır. Yalan informasiyaları insanların şüuraltısına atmaq doğru deyil.
Sosial şəbəkləri açanda o qədər neqativ informasiyalar görürsən ki! Bu xəbərlər insanların sinir sisteminə çox pis təsir göstərir. İnsanların dəyərlərini öz dəyərlərmizə uyğun qoruyaq. Özümüzə verdiyimiz dəyəri qarşımızdakı insana da verməliyik. Bu zaman bir-birimizin əlindən tuta bilərik. Odur ki, biz özümüz özümüzü dəyərləndirib, özümüz özümüzü qorumalıyıq”x9d.
Elmin Nuri





























































































