“Azərbaycana gələnlər dəhşətə, gedənlər vəhşətə gəlirlər”x9d

Hazırda oxunan: “Azərbaycana gələnlər dəhşətə, gedənlər vəhşətə gəlirlər”x9d

129517

Məlum olduğu kimi, ötən gün hava limanında saxlanılan və ölkədən gedişinə imkan verilməyən tanınmış yazıçı Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Maraqlıdır, ölkə ziyalıları Ə.Əylisliyə qarşı açılan cinayət işi haqqında nə düşünür? Onlar zərurət yaranacağı təqdirdə yazıçının müdafiəsinə qalxacaqmı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Ə.Əylislinin müdafiəsinə hazır olduğunu qeyd etdi:

“Düzü cinayət işinin açılmağından xəbərim yoxdur... Amma şəxsən mən, zərurət olacağı təqdirdə Əkrəm Əylislini var-qüvvəmlə müdafiə etməyə çalışacam. Hesab edirəm ki, hava limanında sərhəd keçid və gömrük əməkdaşları, eləcə də polislər tərəfindən ona qarşı, yumşaq desək, ədəbsizlik nümayiş olunub. Keçid məntəqələrində vətəndaşlara bu sayaq hörmətsiz münasibətlər birinci dəfə deyil ki... Öz təcrübəmdən bunu bilirəm. Nə yazıqlar ki, Azərbaycana gələn-gedən hər kəs üçün ölkənin qapıları ölkə daxilində hansı səviyyə və hansı münasibətlər sistemi olduğunun əyani göstəricisidir. Təəssüf ki, bu "göstəricilər" ölkəmizə baş ucalığı gətirmir... Gələnlər dəhşətə, gedənlər isə vəhşətə gəlirlər. Bu cür gömrük xidməti olan komitənin rəhbəri çoxdan istefa verməliydi. Normal (hətta qeyri-normal belə!) ölkədə belə biabırçı gömrük fəaliyyəti bircə kəlməylə dəyərləndirilə bilər - NONSENS!”x9d

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin