“Eldar Mahmudovla Akif Çovdarov güllələnməlidir”x9d - İTTİHAM

Hazırda oxunan: “Eldar Mahmudovla Akif Çovdarov güllələnməlidir”x9d - İTTİHAM

129460
Bir neçə ay bundan öncə vəfat edən İşgəncələrə Qarşı Dövlət Komitəsinin sədri Elçin Behbudovun əvəzinə qurumda yeni sədr təyin olunub. Yeni sədr Həmidov Elşad Nəcməddin oğludur. xa0

Komitənin sədri Moderator.az-a sensasion açıqlamalar verib.xa0

Həmidov Elşad mərhum sədri Elçin Behbudovun qanunsuz əməlləri barədə danışıb:

“Mən uzun illərdir bu komitədə çalışmışam. Əksər vaxtlar Elçin Bhbudovla aramızda fikir ayrılıqları yaşanırdı. O, qeyri-obyektiv adam idi. Bundan əlavə komitənin vəsiqələrini 300-500 manat satırdı. Ölənin dalınca danışmaq doğru hesab olunmasa da mən o, adam sağ olanda belə ona sözümü demişəm, indi də deyəcəm. Elçin Behbudov xa0keçmiş MTN-dəki cinayətkar qrupun bir həlqəsi idi. Eldar Mahmudov şəxsən ona MTN-in kəşfiyyat idarəsinin polkovnik-leytenantı vəsiqəsini vermişdi. xa0O, bir neçə nəfəri, hətta məni də hədələyərək bildirmişdi ki, istədiyi hər şeyi edə bilər. Mənim onunla tez-tez mübahisələrim olub. Amma ondan çəkinməmişəm. Elçin Behbudovun ailəsi də artıq ona güvənərək özbaşınalıqlar etməyə başlamışdı. Elçin Behbudovun qardaşı Eldar Behbudov bu yaxınlarda 178-ci xa0(dələduzduq) maddəsi ilə həbs olunub. Bu ailə tam bir cinayətkar dəstə olub. Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova da bunların tərkib hissəsidir. Bunlar hamısı MTN-ə Eldar Mahmudova Akif Çovdarova arxalanaraq bu addımları atıblar. Eldar Mahmudov və Akif Çovdarov çiyinlərində general rütbəsi daşıya-daşya Azəraycan xalqına xəyanət etdilər. Belə şəxslər bağışlanılmamalıdır.xa0
Biz sivil dövlətdə yaşayırıq. Azərbaycanda ölüm cəzasına maratorium qoyulub. Mən hesab edirəm ki, bu maratorium qaldırılmalı və Eldar Mahmudovla Akif Çovdarov güllələnməlidir. Onlar vətən xainidirlər, belə şəxsləri bağışlamaq olmaz.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin