“Mənim AXCP-yə keçmək fikrim yoxdur. Amma mən çox istəyirəm ki, Müsavat Partiyası ilə Xalq Cəbhəsi arasında olan bu soyuqluq aradan qalxsın, bunun üçün əlimdən gələni edəcəm".
Bu sözləri Moderator.az -a açıqlamasında Müsavatın başqan müavini Tofiq Yaqublu deyib. Tofiq Yaqublu AXCP - ni Azərbaycanda demokratiya uğrunda mübarizə aparan əsas təşkilatlardan biri hesab etdiyini deyib:
“Bu partiya və onun sədri Əli Kərimli çox düzgün və prinsipial mövqe sərgiləyir. AXCP ölkədə demokratiya uğrunda mübarizə aparan əsas qurumlardan biridir. Bizim partiyalar arasında söz-söhbətlər olur. Bunlar gərək olmasın. Biz belə məsələlərdə barışdırıcı mövqe səgiləməliyik. Konfliktləri həll etmək istəyirikə önə baxmalıyıq, keçmişi qurdalamaq düz deyil.”x9d
Tofiq Yaqublu "Yeni Müsavat" qəzetindəki fəaliyyətinin gələcək aqibəti haqda da danışdı:
"Mən bu qəzetə sonuncu dəfə ötən il yazı vermişəm. Qəzetin kursunda dəyişiklik var, mən bunu təqdir etmirəm. Amma qəzetin mənə çox böyük yaxşılıqları dəyib. Gələcəkdə yazılarımı verə biləcəyim mətbu orqan olacaq hər halda.”x9d































































































