1918-ci ilin 31 Mart soyqırımının üstündən 100 ilə yaxın bir vaxt keçsə də, bu soyqırımınn hələ də dünyada tanıdılması mümkün olmayıb.
Maraqlıdır, 31 Mart
soyqırımının dünya dövlətləri tərəfindən tanınmaması nə ilə bağlıdı? Azərbaycan
tərəfinin bu istiqamətdə apardığı təbliğatı nə dərəcədə qənaətbəxş hesab etmək
olar?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev 31 Mart soyqırımı ilə bağlı daha
böyük, daha əhatəli işlərin görülə biləcəyini vurğuladı:
“Mən görülən işləri müəyyən
mənada qeyd etmək istərdim. Ancaq fikrimcə, bu, kifayət deyil. Daha miqyaslı
işlərin görülməsi mümkün idi. Nəinki 31 mart soyqırımı, bizim nəslin şahidi
olduğu 20 Yanvar qətliyamı da lazımi tarixi-hüquqi qiymətini almayıb. Bu məsələdə
siyasi amillər rol oynayıb. Mənə elə gəlir ki, hakimiyyətin dəhlizlərində köhnə
düşüncəli, bolşevik təbiətli insanların yer alması bu kimi köklü məsələlərdə Azərbaycanın
milli maraqlrının təmin olunmasına maneçilik törədir.
Sovet dönəmində Azərbaycandakı
türk-müsəlman qırğınları tamam başqa rakursdan işıqlandırılırdı. Sinfi mübarizə
kimi təqdim olunurdu. Halbuki, bu, sırf etnik qətliyam idi və siyasi mqəsədlərə
xidmət edirdi. Bu soyqırım dini və etnik mənsubiyyətə görə həyata keçirildiyindən,
geniş miqyas aldığından soyqırım kimi tanınmalıdır. Hakimiyyət Xocalı soyqırımı
fonunda 31 Mart soyqırımını, tarixi reallqıları əks etdirən tədbirlər silsiləsi
həyata keçirməlidir. Bakıda soyqırıma məruz qalan türk-müsəlman əhalisinin ümumiləşdiirlmiş
abidəsi qoyulmalıdır ki, xalq, yeni nəsillər bu tarixi unutmasın. Bu tarixi
daim yad etsin. Ölkəyə gələn qonaqların da hərəkət protokoluna həmin abidəni
ziyarət etmək zərurəti daxil edilməlidir”x9d.
Seymur Əliyev
































































































