“Hesab edirəm ki, cənab prezidentin ABŞ səfəri həm çox mühüm bir məsələ barəsində Azərbaycanın rolunun artmasına, həmçinin də ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsinə çox böyük təsir edəcək”x9d.xa0
Bunu Moderator.az-a açıqlamasında deputat Aydın Mirzəzadə ölkə başçısı İlham Əliyevin ABŞ-a səfəri ilə bağlı danışarkən deyib.xa0
Deputat daha sonra prezidentin ABŞ səfəri çərçivəsində görəcəyi mühüm işlərdən danışıb: “Hər iki ildən bir ABŞ-da nüvə təhlükəsizliyi üzrə sammit keçirilir və dünyanın həm nüvə texnologiyasına malik olan, həm də regionun nüfuzlu dövlətləri həmin tədbirin iştirakçısı olurlar. Hazırda həmin sammitdə 50-ə yaxın ölkənin dövlət və hökumət başçıları iştirak edir. Azərbaycanın həmin sammitdə iştirakı ölkəmizin artan siyasi və diplomatik nüfuzunun göstəricisi hesab edilə bilər. Tədbirdə Azərbaycanın nüvə təhlükəsizliyinə dair mövqeyi, Azərbaycanın bu təhlükənin aradan qaldırılması üçün müəyyən təkliflər səsləndirəcəyi gözlənilir. Cənab prezidentin gözlənilən çıxışında həmçinin nüvə təhlükəsizliyi komponenti kimi ölkələrin ərazi bütövlüyü, beynəlxalq hüququn işlənməsi, miqrant probleminin həlli məsələsini qaldıracağı da gözlənilir. Tədbir çərçivəsində cənab prezidnetin artıq iki mühüm görüşü olub. ABŞ dövlət katibi Con Kerri ilə görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ problemi çox ciddi şəkildə müzakirə edilib. ABŞ tərəfi bu problemin dərinliyi, bu problemin həll edilməməsinin regiona və dünyada gedən hadisələrə təsiri ilə bağlı məlumatlandırılıb. ABŞ-ın bu problemin həllində ciddi rol oynaya biləcəyi ABŞ tərəfinin diqqətinə çatdırılıb. ABŞ tərəfi də problemin həllində fəal iştirak etmək fikrində olduğunu bildirib. Həmçinin cənab prezidentimiz bir qrup konqresmenlə görüşüb və bu görüşdə xa0ikitərəfli münasibətlərin vəziyyəti, Azərbaycanda demokratiyanın və insan hüquqlarının qorunması istiqamətində atılan addımlar, həmçinin Azərbaycanın inkişafı barəsində olan məlumatlar dinlənilib”x9d.xa0
Rumiyyəxa0
































































































