Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayında ciddi artım müşahidə edilməkdədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Trend-ə daxil olan məlumata görə, 2015-ci ildə 2174 nəfər aliment ödənilməsindən yayındığı üçün inzibati qaydada məsuliyyətə cəlb edilib. 1499 nəfər haqqında isə inzibati həbs tənbeh növü seçilib.
Maraqlıdır, aliment probleminə görə məsuliyyətə həbs cəzasına cəlb edilən şəxslərin sayının durmadan artması nə ilə bağlıdır? Bu, insanların öz valideynlik məsuliyyətinə, habelə qanunun tələbinə biganə yanaşmasının, yoxsa işsizlik və aşağı həyat səviyyəsindən əziyyət çəkən sadə Azərbaycan vətəndaşının çarəsizliyinin göstəricisdir?
Məsələ ilə bağlı Moderator.az-a açıqlma verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev məsələyə müxtəlif aspektlərdən yanaşmağın mümkün olduğunu vurğuladı. Ekspertin sözlərinə görə, məhkəmə tərəfindən cəzalandırılan şəxslərin arasında aliment ödəmək imkanından məhrum şəxslərlə yanaşı, imkanı olduğu halda aliment ödəməkdən imtina edənlər də az deyil:
“Bu məsələyə birmənalı yanaşmaq doğru olmaz. Məsələ bundadır ki, bu problemə bir neçə amil təsir göstərir. Adam var ki, onun maddi imkanı alimenti ödəməyə imkan versə də, tərbiyəsi, intellekti, səviyyəsi bu pulu ödəməyə imkan vermir. Bu insanlar məsuliyyətsiz olduqları üçün ailə və uşaq qarşısındakı məsuliyyətin tələbinə əməl etmir, aliment ödəmirlər. Adam da var ki, onun maddi imkanı həqiqətən də bu alimenti ödəməyə çatmır. Elə insanlar var ki, işsizdirlər, onlar övladına, keçmiş həyat yoldaşına maddi yardım etmək istəsə də, bu istəyini gerçəkləşdirə bilmir. Onların sosial-iqtisadi vəziyyəti həmin adamları aliment ödəmək imkanınından məhrum edir.
Aliment verməyən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunla icazə verilən haldır. Hər rayonun məhkəmə icraçıları var. Alimentlərin vaxtı-vaxtında ödənilməsinə məhkəmə icraçıları nəzarət edir. Əgər hər hansı bir şəxs aliment vermirsə, ona məhkəmə icraçıları tərəfindən xəbərdarlıq edilir. İnzibati protokol tərtib edilir. Əgər şəxs alimenti ödəməkdən boyun qaçırırsa, o zaman məhkəmə icraçısı məhkəməyə müraciət edir. Məhkəmə belə olanda həmin şəxsin inzibati həbsi məsələsinə baxır. Məhkəmə həmin şəxs üçün 5-10 günlük həbs cəzası kəsir. Bu da qanunvericilikdə nəzərdə tutulan haldı.
Məsələ bundadır ki, alimentdən qəsdən boyun qaçıranlar da, imkanı olmadığı üçün aliment ödəyə bilməyənlər də var. Barəsində inzibati həbs cəzası çıxarılanlar var ki, onların imaknı olsa da aliment ödəməyib. Belələri şübhəsiz ki, inzibati həbsə layiqdir və burada hər hansı ədalətsizlikdən danışmaq doğru olmaz. Bununla yanaşı,xa0 qanun imkanı olmadığı üçün aliment verə bilməyən şəxslər haqqında da inzibati həbs cəzasının seçilməsinə imkan verir. Yəni bəzən bu cür hallar da olur”x9d.
xa0M.Hacıyevin sözlərinə görə, məhkəmə heç də birmənalı olaraq hər müraciətlə bağlı həbs qərarı çıxarmır: “Məhkəmə icraçısı bu kimi hallarda məhkəməyə ona görə müraciət edir ki, məhkəmə müvafiq qaydada araşdırma aparsın. Işin həlli yönümündəki bütün amilləri nəzərə alsın. Bəzən olur ki, məhkəmə icraçısı həbslə əlaqədar məhkəməyə müraciət edir, lakin məhkəmə həbsə razılıq vermir. Məhkəmə inzibati həbs cəzası qəbul etmir. Bu cür hallar da olur. Məhkəmə məsələni araşdırır, görür ki, aliment verə bilməyən şəxs vicdanlı, əxlaqlıdır, tərbiyəlidir, lakin imkanı olmadığı üçün aliment ödəyə bilmir. Bu cür hallarda məhkəmə onu həbsə almır. Baxmayaraq ki, məhkəmə icraçıları həbslə bağlı məhkəməyə müraciət edib”x9d.
xa0
Seymur Əliyev
xa0




























































































