Ağac ekoloji təmizliyə aid deyilsə, “təmiz Binəqədi”x9d nə deməkdir?

Hazırda oxunan: Ağac ekoloji təmizliyə aid deyilsə, “təmiz Binəqədi”x9d nə deməkdir?

128884

Azərbaycan qəribə ölkələr sırasında, bəlkə də, ən öncül sıralarda dayanır.

Sirr deyil ki, bütün məmurların şəkilini başının üstündən asıb, “ümummilli  lider”x9d kimi qəbul etdikləri mərhum prezidentimiz Heydər Əliyev Bakının ağaclandırılması üçün əlindən gələni əsirgəməyib. Hətta neft hasilatı ilə ekoloji təmizliyi gündən-günə korlanan paytaxtın ağaclandırılması üçün ibrətamiz fikirlər səsləndirərək, hər kəsi buna təşviq edib. “Ağaclar mənim qollarımdır. Kim ağac kəsərsə, bilsin ki, mənim qollarımı kəsir”x9d sözləri mərhum Heydər Əliyevdən gələcək nəsillərə qalan kəlam mirası kimi tarixə düşüb.

İndi onun portretinin altında əyləşən məmurlar isə parklardakı ağacları kəsib torpağını qarşı-qarış iaşə obyektləri tikmək istəyən pullu şəxslərə satırlar. Demək olar ki, hər rayonda qarşılaşdığımız bu mənzərə getdikcə paytaxtımızın ekologiyasını korlayır, hətta sovet hökuməti zamanında salınmış “ağ ciyər”x9dlərini məhv edir. Maraqlıdır ki, bəzən Heydər Əliyevin ağaclarla bağlı dilə gətirdiyi yuxarıdakı kəlam belə qolları, budaqları kəsilən, kökündən çıxarılan parkların “sinəsindən”x9d asılır.

Bu da azmış kimi, bəzi rayonlarda yerli sakinlərin ağaclandırma təşəbbüslərinin qarşısı yenə rayon rəhbərliyi tərəfindən alınır.

Strateq.az-ın oxuculara təqdim etdiyi aşağıdakı video paytaxtımızda hökm sürən “ağ ciyər”x9d qəssablığının ən bariz nümunələrindəndir.

Binəqədi rayonunun bəzi sakinləri tərəfindən lentə alınıb redaksiyamıza göndərilən videodan aydın olur ki, öz yaşadıqları ərazinin səkilərini yaşıllaşdırmaq istəyən insanların bu xeyrxah niyyətləri gözlərində qoyulub. Özü də rayonun yaşıllaşdırılmasından birbaşa cavabdeh olan yerli icra hakimiyyəti tərəfindən”¦

Sakinlərin öz ciblərinin puluyla alıb səkilərin kənarına əkdikləri ağaclar üzərindən bir gün keçməmiş icra orqanlarının “qətlinə”x9d məruz qalıblar. Səbəb isə çox anlaşılmaz olub. İcra nümayəndəliyindən sakinlərə bildiriblər ki, bu xeyirxah təşəbbüs üçün, gərək “rayonun sahibindən”x9d icazə alardılar. Azərbaycan reallığında icra başçısından alınan icazənin nə anlama gəldiyi üzərində uzun-uzadı dayanmaq istəmirik. Ümidavarıq ki, əlaqədar qurumlar tədqim etdiyimiz video-faktı əsas götürüb hansı icazədən söhbət getdiyini, obrazlı desək, “dahi rəhbərin qollarının”x9d niyə kəsildiyinin əsl səbəblərini araşdıracaqlar.

Bizi maraqlandıran isə başqa məsələdir. Avropa və Qərb ölkələrində, adətən, vətəndaşların bu xeyirxah təşəbbüsləri mükafatlandırılır. Biz də niyə təmiz hava almaq niyyəti cəzaya layiq görülür? Özü də “təmiz Binəqədi”x9d şüarını özünün simvoluna çevirən bir rayonda.

Sözügedən rayonun icra hakimiyyəti ağaclandırmanı təmizliyə şamil etmirsə, “təmiz Binəqədi”x9d deyəndə nəyi nəzərdə tutur?

Ümidvarıq ki, bizim və yerli sakinlərin anlaya bilmədiyimiz bu mətləblərə, öz təbirlərincə desək, “rayonun sahibləri”x9d aydınlıq gətirəcəklər. Bəs, bu aydınlaşdırmaya ölkənin əsl sahibləri necə baxacaqlar? Arzu edərdik ki, bu sualın cavabı da yaxın günlərdə aydınlaşsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin