Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalovu əvəzləyəcək Bakı Appellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev unikal.org-a qısa müsahibə verib.xa0
xa0
-Xanlar Zeynalov bildirib ki, onu Nurəddin Mustafayev əvəzləyəcək. Bu həqiqətənmi belədir?
-Xanlar müəllim deyirsə, deməli elədir.
xa0-Vəzifənizin icrasına başlamısınızmı?
-Xeyr, hələ başlamamışam. Novruz bayramı olduğu üçün, işləmirəm. Mart ayının 28-dən vəzifəmin icrasına başlayacağam.
xa0-Sizi yeni vəzifə münasibəti ilə təbrik edirik...
-Çox sağ olun. Təşəkkür edirəm.xa0
Qeyd edək ki, martın 22-də mətbuatda Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalovun 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbər yayılıb.
Xəbəri təsdiq edən general hətta onu əvəz edən şəxsinxa0Bakı Appellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev olduğunu bildirmişdi.
Ancaq bu günxa0Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada X. Zeynalovun işdən çıxarılması ilə bağlı xəbərlərin yalan olduğu bildirilir: xa0“General iş başındadır. Bu cür xəbərlər əsassız və qeyri-dəqiqdir”x9d.





























































































