Milli Məclisin sonuncu iclasında bəzi hallarda məhkəmə qərarlarının icra edilməməsinə diqqət çəkən millət vəkili Qüdrət Həsənquliyev, bu problemin həllinin zəruriliyini vurğulayıb. Q.Həsənquliyevin fikirlərinə etiraz edən millət vəkili Əli Hüseynli isə məhkəmələrin 2015-ci ildə təkcə mülki məsələlərlə bağlı 500 min işə baxdığını, bu işlərlə bağlı verilən məhkəmə qərarlarının 70%-nin icra edildiyini bildirib.
Ə.Hüseynlinin məlum açıqlamasından da bəlli olub ki, bu sahədə vəziyyət həqiqətən də acınacaqlıdır. Çünki 500 min işlə bağlı qərarın 30%-nin icra edilməməsi 100 mindən çox məhkəmə qərarının icra edilməmiş qalması deməkdir ki, bu da fantastik sayılacaq qədər yüksək rəqəmdir.
Maraqlıdır, məhkəmə qərarlarının 70%-nin icra edilməsi təskinedici nəticə hesab oluna bilərmi? On minlərlə məhkəmə qərarının icra edilməməsi nə ilə bağlıdır? Bir məhkəmə qərarı ki, icra edilməyəcək, onu qəbul etməyin nə əhəmiyyəti var?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov bu statistikanın problemin həqiqətən də ciddiliyindən xəbər verdiyini vurğuladı:
xa0“Bu statistikanın nə dərəcədə reallığı əks etdirdiyini söyləyə bilmərəm. Məndə bununla bağlı dəqiq bir statistika yoxdur. Lakin əgər 30% deyil, hətta 10% belə məhəmə qərarı icra edilmirsə, bu, çox ciddi göstəricisidir. Bir də söhbət təkcə 2015-ci ildən gedir. Elədirsə, soruşmaq lazımdır ki, bəs 2014-cü, 2013-cü illərdə nə qədər məhkəmə qərarı icra edilməyib? Hər ildən 30% icra edilməmiş məhkəmə qərarı qalıbsa, görün bu hara vurur? Qeyd etdiyim kimi, əgər 10% belə məhkəmə qərarı icra edilməyibsə, bu 10% adi kağız parçası deməkdir. Bu, olduqca arzuedilməz bir statistikadır. Buna fəxarətlə yanaşmaq üçün heç bir əsas yoxdur”x9d.
Ə.Kərimovun fikrincə, problemin həlli üçün ciddi dəyişikliklərin edilməsi zəruridir: “Problemin həlli üçün icra mexanizmi ilə bağlı ciddi addımlar atmaq lazımdır. Qanunvericilikdə müəyyən dəyişikliklər etmək lazımdır.
Xüsusilə də borc problemi ilə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var. Hansısa vətəndaş kimdənsə 10 min manat pul alır və bildirir ki, 3 aya qaytaracam. 3 ay olur, amma pul qaytarılmır. Vətəndaş məcbur qalıb məhkəməyə müraciət edir, bütün instansiyaları keçir. Sonda isə borclu tərəf bildirir ki, pulum yoxdur, pensiyaçıyam, nə vaxt pulum olsa qaytaracam. Və ya bildirir ki, pensiyamdan tutun. Belə çıxır ki, kimsə öz pulunu geri almaq üçün 20 il gözləməlidir. Bu kimi faktlar da sübut edir ki, icra mexanizmində dəyişiklik etmək lazımdır”x9d.
Hüquqşünasın fikrincə, əmlakı olmayan şəxslərin notariuslarda borc müqaviləsi imzalamasına da məhdudiyyət qoymaq lazımdır:
xa0“Notariuslarda borc müqavilələri imzalanır. Hesab edirəm ki, bəzi hallarda əmlakı olmayan şxəslərin bu cür müqavilələr bağlamasına əngəl törətmək lazımdır. Banka gedib 20 min manat borc pul istəyəndə adamdan soruşduqları ilk şey bu olur ki, borc qarşılığında nə girov qoya bilərsən? Çünki bank verdiyi borcu sığortalamaq istəyir, fikirləşir ki, birdən vətəndaş aldığı borcu qaytara bilməsə ziyana getməsin. Lakin bəzən əmlakı olmayan vətəndaş notariusda başqa bir vətəndaşla doğru-yalan bir müqavilə imzalayır. Sabah isə pulun qaytarılmasında problem meydana çıxanda bəlli olur ki, bu şəxsin həmin pulu hansısa formada qaytarmaq imkanı ümumiyyətlə yoxdur”x9d.
Ə.Kərimovun qənaətincə, məhkəmə qərarlarının icra edilməməsinə görə tətbiq edilən cəzalarında sərtləşdirilməsinə də ehtiyac var:
“Məhkəmə qərarlarının icra edilməməsinə görə cəza çox aşağıdır. Lakin bu cəza ağırlaşsa, bu, vətəndaşların məsuliyyətini artırar. Çünki çox zaman bu cür faktlar mülki müstəviyə yönəldilir.
Azərbaycan Respublikası adından çıxarılan hər hansı bir məhkəmə qətnaməsi yerinə yetirilmirsə, o zaman onun çıxarılmasının nə əhəmiyyəti var?
Problemin həlli üçün ciddi dəyişiklilər edilməli, məhkəmə icraçılarının səlahiyyətləri genişləndirilməlidir. Qanun sərtləşdirilməlidir. İcraçıların özündən məhkəmə qərarlarının icrası tələb olunmalıdır. Bir də görürsən ki, hansısa məhkəmə qərarı illərlə icra edilmir, daha sonra 306-cı maddə ilə cinayət işə başladılır.
4-5 ilnən icra edilməyən məhkəmə qərarları var. 2008-2009-cu ildə elan edilən məhkəmə qərarları var ki, bu vaxta qədər də öz icrasını tapmayıb. Bir də görürsən ki, məhkəmə qərarının icrasını həyata keçirmək əvəzinə rahat bir çıxış yolu tapırlar və bildirirlər ki, qərarın icrası mümkün deyil. Bu kimi halların baş verməməsi üçün yuxarıda sadaladığım dəyişiklərin həyata keçrilməsi, zənnimcə faydalı olardı”x9d.
xa0
Seymur Əliyev
xa0































































































