Prezident İlham Əliyevin əfv fərmanı ilə azad olunanların sırasında musavatçı Tofiq Yaqublu da var.
T.Yaqublunun qızı Nigar Yaqublu öz hisslərini Moderator.az-la bölüşüb.
“Sözsüz ki, Tofiq Yaqublunun əfv olunmasını, əslində azadlığa çıxmasını çoxdan gözləyirdik. Gec də olsa yenə də sevindirici xəbər oldu. Çox istərdik ki, digər gözlədiyimiz məhbuslara da bu əfv fərmanı şamil olunardı və sevincimiz tam olardı. Tofiq Yaqubluya görə seviniriksə, İlkin Rüstəmzadəyə, eləcə də digərlərinə görə üzülürük. Tofiq Yaqublu və digər siyasi məhbusların azadlığa çıxmasında Amerikanın və Qərbin basqılarının böyük rolu oldu. Həmin basqılar olmasaydı indi heç bir siyasi məhbus azadlıqda olmazdı. Özüm də həbsdən azad olunanda eyni hissləri yaşamışdım, sanki özüm yenidən azadlığa çıxdım. Çünki o həbsxəna cəzasını Tofiq Yaqubluyla mən də çəkirdim. Sanki indi ikimiz də birdən azadlığa çıxmış olduq. Atamla az öncə danışdım, əhval-ruhiyyəsi yaxşı deyildi amma. Digərlərinin azadlığa çıxmamasına görə çox heyfslənirdi. Sanki azadlığa çıxan heç o deyildi”x9d.
Rumiyyə


































































































