Son günlər sabiq MTN rəhbəri Eldar Mahmudovun Azərbaycan hakimiyyətində təmsil olunan bəzi şəxslərlə bağlı informasiya təxribatı həyata keçirdiyi, bu şəxsin azadlıqda qalmasının dövlətin təhlükəsizliyi baxımından ciddi problemlərə səbəb ola biləcəyi ilə bağlı fikirlər səslənməkdədir.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov sabiq
nazirin törətdiyi əməllərə görə məsuliyyətə cəlb edilməsinin vacib olduğunu
vurğuladı. Hüquqşünasın sözlərinə görə, cəzasızlıq mühiti E.Mahmudovu təxribat
xarakterli əməllərə həvəsləndirə bilər:
“E.Mahmudovun törətdiyi
cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilməməsi, onun haqqında həbs
qət-imkan tədbirinin seçilməməsi Azərbaycan dövlətçiliyinin maraqlarına,
qanunçuluq prinsiplərinə ziddir. Bu, Azərbaycanda hüquqi dövlətin mövcudluğu ilə
bağlı aparılan təbliğatla da bir araya sığmır. Azərbaycanda yüksək vəzifələrdə
təmsil olunan şəxslər televizora çıxaraq bildirirlər ki, Azərbaycan hüquq dövlətidir.
Əgər Azərbaycan həqiqətən də hüquq dövlətidirsə, niyə MTN-nin törətdiyi cinayətlərə,
xüsusilə də ağır cinayətlərə görə bütün günahkarların məsuliyyətə cəlb edilməsini
tələb etmirsən?
Bu nöqteyi-nəzərdən,
E.Mahmudovun törətdiyi cinayət əməllərinə görə azadlıqda qalmasını Azərbaycan
dövlətinin elan etdiyi prinsiplərə zidd bir addım kimi dəyərləndirirəm. Düşünürəm
ki, E.Mahmudovun azadlıqda qaldığı hər gün Azərbaycan dövlətinə vurulan ən
böyük zərbədir.
E.Mahmudovun törətdiyi
konkret coinayət əməllərinə görə cəzalandırmaq lazım idi. Əgər gələcəkdə də ona
qarşı cəzasızlıq prinsipi sərgilənəcəksə, bu, onu həvəsləndirə, öz imkanları
daxilində təxribatçı hərəkətlərə sövq edə bilər. E.Mahmudov öz imkanlarından
istifadə edib hakimiyyətin özünə sarsıdıcı zərbə vura bilər”x9d.
Seymur Əliyev
































































































