"Bu münasibətlər dünyanın digər ölkələrinə də nümunə olmalıdır"

Hazırda oxunan: "Bu münasibətlər dünyanın digər ölkələrinə də nümunə olmalıdır"

127032
Martın 13-də Ankarada baş verən terror hadisəsindən sonra prezident Rəcəb Tayib Ərdoğanın Azərbaycana  nəzərdə tutulan səfərinin ikinci dəfə təxirə salınması və bunun əvəzində Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya getməsi təkcə bu iki ölkədə deyil, ümumiyyəltə bölgədə və dünyada ciddi rezonansa səbəb olub.

Moderator.az olaraq biz də məsələnin ciddiliyini nəzərə alaraq  siyasilərin bu məsələyə mövqeyini öyrənməyə çalışdıq. 

Millət vəkili Elman Nəsirov Moderator.az-a açıqlamasında bildirdi ki, bu qanlı olayaı həyata keçirənlər düşünürdülər ki, bu yolla səfərin qarşısı alınacaq və öz məqsədlərinə çatacaqlar: “Ancaq belə olmadı. Baxmayaraq ki, fevralın 18-i və martın 15-nə nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası iki dəfə Ankarada baş verən terror aktları nəticəsində təxirə salındı. Türkiyə prezidenti Azərbaycana səfər edə bilmədi. Bu yolla Ankarada terror aktları həyata keçirən qüvvələr Ərdoğanın Azərbaycana səfərinin təxirə salınmasını özlərinin qələbəsi kimi qeyd etdilər. Guya onlar bu yolla məqsədlərinə çatdılar. Amma hər şey onların düşündüyü kimi olmadı. Belə olan vəziyyətdə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasının Bakıda deyil,  Ankarada keçirilməsinə qərar verdi və Ankaraya səfər etdi. Bu siyasi qərarla Azərbaycan bir daha Türkiyənin çətin və sıxıntılı günlərində onun yanında oluğunu sübut etdi.”x9d

Millət vəkili əlavə etdi ki, belə hallar dəfələrlə olub və hər iki tərəf öz qardaşlıq və dostluq  münasibətlərini praktik hərəkətlərində təsdiqləyiblər: “Belə bir hal Praqada beynəlxalq toplanıtda Türkiyənin iştirak etmədiyi zaman baş vermişdi. Belə ki, o zaman Türkiyənin tədbirdə iştirak etməməsindən istifadə edən Ermənistan rəsmi Ankaraya qarşı əsassız ittihamlar səsləndirməyə cəhd edəndə, Azərbaycan prezidenti İlham Əliyev onların sözünü kəsərək demişdi ki, Türkiyə burada olmasa da, biz varıq. Nə sözünüz varsa bizə deyin”x9d.

E.Nəsirovun fikrincə, İlham Əliyevin Ərdoğanın səfərini gözləmədən Ankaraya səfər etməsi siyasilər tərəfindən yüksək dəyərləndirilir. “Bu gün Türk xalqı və hökuməti sıxıntılı anlar yaşayır. Mütəmadi olaraq terror hadisələri törədilir və çoxsaylı dinc insan  bu qanlı olayların qurbanı olur. Belə bir vəziyyətdə Azərbaycan prezidentinin Türkiyəyə səfəri  həm iki ölkə arasındakı strateji tərəfdaşlığın, həm də dostluq və qardaşlıq münasibətlərinin  bariz nümunəsidir. Bu iki ölkə arasındakı münasibətlər dünyanın digər ölkələrinə də nümunə olmalıdır. Çünki bu gün dünyamızda ölkələr arasında  bir etimadsızlıq mühiti formalaşıb. Hesab edirəm ki, dünya ölkələri Azərbayan-Türkiyə  münasibətlərindən yararlanıb səmimi münasibətlər qura bilərlər. Qoy dünya dövlətləri bu münasibətlərdən istifadə edib bir bir ilə belə formada əlaqələr qursunlar. Əgər belə olarsa, o zaman dünya qazanar.

Bundan əlavə olaraq Azərbaycan prezidenti sübut etdi ki, beynəlxalq terrorizm qarşı mübarizədə qətiyyəlidir. Beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq lazımdır. Burada terrorçunu yaxşıya pisə bölmək yanlışlıqdır. Məhz Türkiyədki bu qanlı olay sivil dünya üçün həyəcan təbili olmalıdır”x9d. 

Millət vəkili Rasim Musabəyov isə hesab edir ki, səfərlərin qarşılıqlı və ya qarşılıqsız olması önəmli deyil, önəmli olan Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlığın dərinləşməsi və möhkəmlənməsidir. 

“Azərbaycan prezidenti İlham Əliyev Ankaraya səfər etməklə bunu sübut etdi”x9d, - deyə millət vəkili vurğuladı.

R. Musabəyov  onu da əlavə etdi ki, bu gün Türkiyədə baş verənləri terror aktı kimi yox, bir müharibə kimi dəyərləndirmək lazımdır: “Düşünürəm ki, Türkiyə hökuməti buna adekvat cavab verəcək. Kimsə və ya hansı qüvvə düşünürsə ki,  bu yolla Türkiyəni sarsıdacaq, o yanılır. Onlar öz istəklərinə nail olmayacaqlar.  Yaxın zamanda o qüvvələr Türkiyənin qüdrətinin şahidi olacaq və bunun şiddətini görəcəklər.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin