"Yəhudilərdə də sünnət var, indi onlar nə etdiklərini bilmir?"

Hazırda oxunan: "Yəhudilərdə də sünnət var, indi onlar nə etdiklərini bilmir?"

126309
Almaniyanın sağ yönümlü populist partiyası AFD sünnət, azan və minarələrin qadağan olunması tələbi ilə çıxış edib.

Partiya eyni zamanda yəhudi və müsəlman uşaqlarının sünnət olunmasına qarşı çıxıb.

AFD partiyasının hazırladığı qanun layihəsi aprelin 30-da Stuttgartda keçiriləcək konqresdə qəbul edilə bilər.

Partiyanın fikrincə, sünnət insan haqlarını kobud şəkildə pozur, insan qürurunu zədələyir, uşaqlara fiziki olaraq zərər verməklə yanaşı, onların azad qərar vermək haqlarını da əllərindən alır.


Moderator.az mövzu ilə bağlı "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdülün münasibətini öyrənib.xa0

Hacı Əbdül deyib ki, bu qanun layihəsini hazırlayanların məqsədi islam dininə zərbə vurmaqdır: "Onlar hansısa yolla islam dininə zərbə vurmaq istəyirlər. Nə olur-olsun, islamın əleyhinə olsun... Burda başqa heç nə yoxdur".xa0

Hacı Əbdülün sözlərinə görə, sünnət uşaqların qürurunu zədələmir, əksinə insana çox böyük faydası var: "Yəhudilər də sünnət edir, onlar bilmirlər neyləyirlər?"xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin