Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək

Hazırda oxunan: Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək

125853
Gürcüstan prezidenti Georgi Marqelaşvili bu gün IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının məlumatında bildirilir.
Məlumata görə, G.Marqelaşvili Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Çoxqütblü dünyaya doğru”x9d mövzusunda keçiriləcək IV Qlobal Bakı Forumunda 70-dən çox ölkənin hazırkı və sabiq liderlərinə müraciət edəcək.

Həmçinin bildirilir ki, prezident çıxışı zamanı regionda mövcud çağırışlar, Qərb və Şərq münasibətləri, regionda layihələr, Gürcüstanın investisiya yatırımı baxımından cəlbediciliyi və Gürcüstan ərazilərinin işğaldan azad edilməsi mövzularına diqqət yönəldəcək.

Gürcüstan prezidenti Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Həmçinin onun digər ölkə prezidentləri ilə də təkbətək görüşləri planlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin