16 il Cəbrayılın icra başçısı olmuş və dünən vəzifəsindən azad xa0edilmiş Mahmud Quliyevə şeir yazılıb.xa0
Cəbrayıl köçkünləri Ələkbər Ziyatayın “Olmalıydın, olmadın”x9d adlı qəzəlinə nəzirə yazaraq şeiri Mahmud Quliyevə ithaf ediblər.xa0
Qeyd edək ki, korifey sənətkar, xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın hələ 70-80-ci illərdə oxuduğu, “Olmalıydın, olmadın”x9d mahnısını bu gün də sevilir.xa0
Amma bu dəfə oxuyur Cəbrayıldan olan kasıb, güc ilə çörəkpulu tapan məcburi köçkünləri. Mahnı Mahmud Quliyevə ithaf olunur, ona xitabən oxunur:
"Olmalıydın, olmadın" şeiri belədir:
Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın,xa0
Sən mənim bir dünya sevdam olmalıydın, olmadın.xa0
Mən sənin eşqinlə Məcnuntək gəzirkən çölləri,xa0
Sən mənim istəkli Leylam olmalıydın, olmadın.
Sən mənim bir an gözümdən getməyən şux sevgilim,xa0
Sən mənim hərgünkü röyam olmalıydın, olmadın.xa0
Başqasıyla indi xoşbəxtsən, ya bədbəxt, bilmirəm,xa0
Sən mənimlə daha xoşkam olmalıydın, olmadın.xa0
Ziyatay vəsf etdiyi gündən müqəddəs sevgini,xa0
Sən onunçun əsl ilham olalıydın, olmadın.
***xa0
Bu isə təzə mahnının sözləri:
Oxuyur Cəbrayıl köçkünləri:
Mahnı Mahmud Quliyevə həsr olunur:
“Sən bizə layiqli başçı olmalıydın, olmadın,xa0
Sən bizim sirdaşımız olmalıydın, olmadın.xa0
Biz sənin vədinlə Məcnun tək gəzərkən çadırlı çölləri,xa0
Sən bizim sadiq Mahmudumuz olmalıydın, olmadın.
Sən bizim bir an gözümüzdən getməyən başçımız!xa0
Yanıldıq, dayağımız olmalıydın, olmadın.xa0
Milyonlarınla indi xoşbəxtsən, ya bədbəxt- bilmirik,xa0
Sən bizimlə daha xoşbəxt olmalıydın, olmadın.xa0
Mahmud, 16 il bizləri sərvətlərinə həsr edin, heyiflər!!!xa0
Amma sən özünü bizlərə həsr etməliydin, etmədin...
































































































